Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəşad Atakişiyevin həyat yoldaşı: "Onun yolunu övladları davam etdirəcək"

“İnternetdə bu tipli qəzaları araşdırdım. Məlumatlar topladım. Qəribədir ki, analoji qəzaların böyük əksəriyyətində pilot katapult edib. Rəşadın təyyarə qəzası sirlidir. Bu qəzanın üzərinə "qara qutu"nun açılması və məlumatların oxunması böyük işıq saçacaq"

PİA.AZ “Report”a istinadən xəbər verir ki, bunu təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dəfn mərasimində onun qayınatası Qabil Hüseynli deyib.

Q.Hüseynli xatırladıb ki, R.Atakişiyevin qəzaya uğradığı təyyarənin radardan itməsi ilə radioəlaqənin kəsilməsi eyni anda olub: "Əlaqə kəsilən kimi də təyyarənin dənizə doğru yönləndiyi təsbit edilib. Hər şeyi aparılan tətqiqatların nəticəsi söyləyəcək. Bildiyimə görə, "qara qutu" Azərbaycanda tədqiq olunacaq. Bununla bağlı laboratoriya yaradılıb. Bildiyimiz kimi, təyyarə son təmir üçün Ukraynanın Lvov şəhərinə göndərilib. Ona görə də Ukraynadan mütəxəssislər çağırılıb. "Qara qutu" bir qədər zədələndiyinə görə özləri ilə qab gətirəcəklər və qutu yeni qaba köçürüləcək. Məncə, problem olmadan oxunacaq".

Q.Hüseynli vurğulayıb ki, şəhidlərdən biri - Rəşad Atakişiyev torpağa tapşırıldı, onun qanı torpağa yox, Xəzər dənizinə tökülüb: "Rəşad çox şərəfli ömür sürüb. Onun bir çox xəyalları var idi. Amma reallaşa bilmədi. O, Vətən uğrunda şəhid oldu".

R.Atakişiyevin həyat yoldaşı Könül Hüseynova da pilotun yolunu övladlarının davam etdirəcəyini bildirib: "Rəşad Atakişiyevin məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı. Mərd, vətənpərvər, gözəl insan idi. Həyat yoldaşım pak hislərlə yaşayırdı. O iki gül balası da onun adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcək".

Pilotun həyat yoldaşı axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduqlarını qeyd edib: "Hava şəraiti bu günlərdə nəşin tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ən çox oxunanalar