Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gəncə məhbusları”nın azadlığı üçün yolları açılır

Prokurorluq onların cəzasının azaldılmasını təklif edib

Bakı Apellyasiya Məhkəməsində prokuror “Gəncə işi” üzrə mühakimə olunan 7 nəfərdən ibarət qrupun cəza müddətinin azaldılmasını istəyib.

Dövlət ittihamçısı cəza müddətinin 2-4 ilədək, Elvin Əliyevin isə cəza müddətinin 1 ilədək azaldılmasını təklif edib.

Qeyd edək ki, 7 nəfər, o cümlədən Yavər İsmayılzadə birinci instansiya məhkəmə tərəfindən 9 il azadlıqdan məhrum edilib. Zabil Məmmədov 8,5 il, İsa Məhərrəmzadə 8, Alim Yusifov 7,5, Qənbər Qarazadə 7,5, Elvin Əliyev və Aydın Rüstəmov 6 il həbs cəzası alıblar.

“Gəncə məhbusları”nın ictimai müdafiəsini həyata keçirən Oqtay Gülalıyev qeyd edib ki, avqustun 1-də dövlət ittihamçısı “Gəncə işi” üzrə adı keçən digər qrupun (11 nəfər) da cəza müddətinin azaldılmasını təklif edib.

“Əslində bu, vətəndaş cəmiyyətinin, demokratik düşərgənin qələbəsidir. Biz bütün siyasi məhbuslara, “Gəncə məhbusları”na azadlıq tələb edirik,” o vurğulayıb.

Gülalıyev xatırladıb ki, bir neçə ay ərzində fəallar həbs olunanlara qarşı işgəncə faktlarını, cinayət işlərinin saxtalaşdırıldığını açıqlayıblar, müttəhimlərin analarının etiraz aksiyalarını dəstəkləyiblər.

2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında Elmar Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib. Həmin gün Daxili İşlər Nazirliyi Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki yüksək rütbəli polis əməkdaşı öldürülüb. Bunun ardınca kütləvi həbslər baş verib.

2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov bildirib ki, Elmar Vəlyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfərin barəsində isə axtarış elan edilib.

10 iyul hadisələri ilə bağlı istintaq işi başa çatıb və 60 nəfərin barəsində 8 cinayət işi məhkəmələrə göndərilib. Müttəhimlər müxtəlif müddətə azadlıqdan məhrum edilib. (Gununsesi.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar