Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda vergi ödəyicilərinin artması qiymətlərin artmasına səbəb olurmu?

Kölgə iqtisadiiyyatın təmsilçilərinin vergiyə cəlb olunması qiymət artımı üçün stimul yaradırmı?...

İqtisadçı: “Bəyənnamələrin artması vergi güzəştləri və ya daha yaxşı şəraitlə bağlı deyil”.

“Hal-hazırda qiymətlər onsuz da yuxarıdır. Özlərin bəyan etməmiş subyektlər o qədər böyük istehsal və xidmət etmirlər və buna görə də onların vergiyə cəlb olunmasıi ölkə miqyasında qiymətə təsir etmir”.

Bu sözləri iqtisadçı ekspert İlham Əzizov Vergilər Nazirliyində ilk yarımildə vergi sahəsində görülmüş bəzi işləri PİA.az-a şərh edərkən qeyd edib.

Vergilər Nazirliyinin yaydığı hesabatda bildirilir ki, cari ilin I rübü ərzində 21.874 sayda təqdim edilməmiş bəyannamələrin alınması təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,9% artım deməkdir. Borclu vergi ödəyicilərinin 95%-dən çoxu inzibati tədbirlər həyata keçirilmədən, məhz vergi orqanları tərəfindən aparılmış məlumatlandırma tədbirləri nəticəsində könüllü şəkildə ödəniş edib.

Həmçinin məlumatda qeyd edilir ki, 2019-cu ilin 1-ci rübündə vergidən yayınma hallarına son qoyulması, “kölgə” iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin edilməsi, vergi ödəyicilərində uçotun düzgün aparılması və vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi istiqamətində nəzarət tədbirləri davam etdirilib, aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib.

2019-cu ilin 1-ci rübünün yekunlarına görə, aksizli malların istehsalına və dövriyyələrinə nəzarətin artırılması hesabına alkoqollu içkilərin istehsalında dövriyyə 1,7 dəfə, tütün məmulatlarının istehsalında isə dövriyyə 7,4 dəfə artıb.

Bəs vergi Kölgə iqtisadiiyyatın təmsilçilərinin vergiyə cəlb olunması qiymət artımı üçün stimul yaradırmı? Bəyannamələrin artması bazarda qiymətlərin qalxması ilə nəticələnəcəkmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizovla müzakirə edib.

İlham Əzizov: “Vergi obyektini azaltmaqla subyektlərin artmasına nail olunsa, daha effektiv davamlı nəticə əldə etmək olar”.

Qiyməti formalaşdıran böyük şirkətlərin onsuz da vergi orqanlarında qeydiyyatda olduğunu bildirən iqtisadçı ekspert düşünür ki, bəzi, o da az miqdarda mallarda qiymət artımı ola bilər:

“Aydın məsələdir ki, vergi bəyənnamələrinin artması vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlıdır. Özlüyündə bu yaxşı haldır. Amma bu bəyənnamələrin artması vergi güzəştləri və ya daha yaxşı şəraitlə bağlı deyil. Çünki bu birbaşa qanunvericilikdə nəzərdə tutulmuş ağır cərimələr hesabınadır. Vergi obyektini azaltmaqla subyektlərin artmasına nail olunsa, daha effektiv davamlı nəticə əldə etmək olar. İndiki halda bəzi vergi ödəyiciləri sıradan çıxacaq.

Qaldı qiymətlər məsələsinə, hal-hazırda qiymətlər onsuz da yuxarıdır. Özlərin bəyan etməmiş subyektlər o qədər böyük istehsal və xidmət etmirlərki ölkə miqyasında qiymətə təsir etsinlər. Qiyməti formalaşdıran böyük şirkətlər onsuz da vergi orqanlarında qeydiyyatda idilər. Amma bəzi, o da az miqdarda mallarda qiymət artımı ola bilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar