Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Pirə gedənlər İslamın ən böyük günahını edir” – Elşad Miri

Son iki gündə ölkənin bir nömrəli gündəmi Goranboyda yerləşən Qaloş piri oldu

İnsanların buraya gedib qaloşdan mədət unması sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, ümumiyyətlə, pirlərə getmək şirk qoşmaqdır. Şirk isə İslamda ən böyük günahdır.

“Allahın özündən istəməyib də, bir vasitəçi ilə allahdan istəmək də şirkdir. İslamda pirlərə, ocaqlara sitayiş etmək yoxdur. Onlardan nə isə istəmək, ummaq günahdır. Bu gün baxsaq, görəcəyik ki, pirlərə gedənlərin əksəriyyəti qadınlardır. Səbəb isə məscidlərdə qadınlara ayrılan yerlərin az olmasıdır. Cümə günlərində kişilərin namaz qılması üçün geniş ərazilərin ayrılması fonunda qadınlar üçün kiçik, dar yer ayrılır. Bunun nəticəsində xanımlar da pirlərə üz tutur. Dini biznesə çevirmək istəyənlər də bundan məharətlə istifadə edir. Bu hal olmasaydı, indi insanlar Qaloş, Ətağa, “təzəpir”ə, “köhnəpir”ə inanmazdı.

Dini biznesə çevirən insanlar cəmiyyətə o qədər gərəksiz şeylər sırıyıblar ki. İnsanların zəif yerlərini tapıb, sonra onu öz mənfəətlərinə çevirirlər. Bütün ayinləri iki-üç günə bitən Həcc ziyarəti niyə 20 gün davam edir? Niyə biz Ərəbistanda gərəksiz yerə pullar ödəyirik? Bu suallardan düşünməyə başlamaq lazımdır"

pia.az


Etiket: Elşad Miri pir

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar