Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yunanıstan Almaniyaya nota verdi

Yunanıstanın Almaniyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib

“Ekathimerini” xəbər verir ki, Yunanıstan İkinci Dünya müharibəsi dövründə nasist Almaniyası tərəfindən işlənmiş hərbi cinayətlər üçün təzminat ödənilməsini tələb edir.

Danışıqların başlanması təklifi irəli sürülən notada məsələnin yunan xalqı üçün mənəvi və maddi baxımdan böyük əhəmiyyət daşıdığı vurğulanır.

Məsələ ilə bağlı Yunanıstan XİN-in açıqlamasında bildirilir: “Yunanıstan və vətəndaşlarının Birinci və İkinci Dünya müharibələri zamanı çəkdikləri zərərin, Almaniya işğalından zərəçəkənlərə və onların vərəsələrinə çatacaq təzminatı ödəməyi, habelə taladıqları və qanunsuz yolla çıxardıqları arxeoloji və s. sərvətləri geri qaytarmağı tələb edirik”.

Yunanıstan parlamenti aprelin 17-də hökumətə Almaniyadan İkinci Dünya müharibəsi dövründəki işğal üçün 309,5 milyard avro, Birinci Dünya müharibəsi dövründə vurulan zərərə görə də 9,2 milyard avro məbləğində təzminat tələb etməyi tapşıran qətnamə çıxarmışdı/Report.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ən çox oxunanalar