Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı prezidentə yalan məlumat verdi – “Su problemi yoxdur...”

"Cənab Prezident, işlər çox yaxşı gedir. Bu gün artıq rayonun hər yerində, həmçinin Qaraçuxurda qaz, su, işıq problemləri yoxdur, hamısı gözəldir”

PİA.az "Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov prezident İlham Əliyev bu gün Qaraçuxurda olarkən deyib. Prezidentin "Fasiləsiz?” sualına isə icra başçısı "Bəli, çox gözəldir” cavabı verib. "Rayonumuzun əhalisinin 40 faizi fasiləsiz su ilə təmin olunur. Hövsan Sizin həmişə diqqətinizdə olan ərazidir. Qaraçuxurda da əhali 40 faiz təmin olunur”.

İ. Abbasov suyun qrafiklə, amma sıx qrafiklə verildiyini qeyd edib: "Heç bir çətinlik çəkilmir. Bir tək bir az kanalizasiya işlərimiz var ki, sağ olun, o da təsdiq etdiyiniz proqramda nəzərdə tutulub”.

Qeyd edək ki, icra başçısının "rayonun hər bir yerində qaz, su, işıq problemi yoxdur” deməsi onun problemləri ört-bastır etməsidir. Belə ki, təxminən prezidentin Qaraçuxurda olduğu vaxtda Bakının Suraxanı rayonunda, Yeni Suraxanı qəsəbəsinin sakinləri su tələbi ilə aksiya keçirirdilər.

ONA-nın yaydığı xəbərə görə, Yeni Suraxanı qəsəbəsinin bir qrup sakini su gəlmədiyi üçün Mərdəkan yolunu bağlamışdı. Nəticədə yolda böyük tıxac yaranmış və polisin müdaxiləsindən sonra yol açılaraq avtomobillərin hərəkəti bərpa olunmuşdu.

Yeni Suraxanı qəsəbəsində su probleminin olmasını "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da təsdiq etmişdi.

İcra başçısının rayondakı su problemini dilə gətirməməsi, əksinə "hər şey çox gözəldir” deməsinin arxasında dayanan niyyətin nə olduğu aydın deyil...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar