Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

16 maddədən ibarət Türkan Şoray qanunları... 

"Yeşilçam"ın ulduzu Türkan Şoray Türkiyədə olduğu kimi, Azərbaycanda da kifayət qədər məşhurdur

Hər kəs onun adı gələn zaman məsum gözəlliyini, iri gözlərini və film sektorunda yaratdığı qanunları yada salır.

PİA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, 73 yaşlı ustad kino arenasından uzaqlaşdığını açıqlasa da, hələ də aktrisa kinoları ilə gündəmdən düşmür. Türkiyənin "Takvim" qəzeti əksər insana tam olaraq məlum olmayan "Türkan Şoray qanunları"nı açıqlayıb.

16 maddədən ibarət olan qanun T. Şorayın özü tərəfindən hazırlanıb.

1. Türkan Şoray filmin ssenarilərini çəkilişdən ən azı 1 ay əvvəl oxumalıdır.

2. Əgər ssenari bəyənilmirsə, yeni ssenari hazırlanmalıdır.

3. Filmin rejissorunu və baş kişi qəhrəmanı seçərkən Türkan Şoraydan məsləhət alınmalıdır və o, hə" deyirdisə, layihə baş tuta bilərdi.

4. Türkan Şoray adı afişalarda, kino zallarda başda və tək yazılmalı idi.

5. Filmdə öpüşmə və açıq-saçıq səhnələrə yer verilməməlidir.

6. Tarixi kinolarda geyimləri şirkət verməli, müasir filmlərdə isə öz paltarlarından istifadə etməlidir.

7. Kino çəkilişi təkcə İstanbulda olmalıdır, o, İstanbuldan kənar çıxa bilməzdi.

8. İş vaxtı 08:00-dan 19:00-dək olmalıdır.

9. Bazar günləri heç bir çəkilişdə iştirak etmir.

10. Türkan Şoray işlə bağlı gecikmələri cəmi 10 gün gözləyə bilər.

11. Filmlərin səsləndirilməsində Türkan Şorayın rəyi mütləqdir.

12. Kinonu şirkət özü çəkməlidir, ortaq bir şirkət layihəyə daxil olursa, T. Şorayla məsləhətlər aparmalıdır.

13. Əgər çəkiliş müddəti uzadılırsa, birinci T. Şoraydan icazə alınmalıdır.

14. Şərtlərini pozan şirkətdən 100 min TL cərimə tələb edir.

15. Müqavilə rəsmi qaydada həyata keçirilir, hər hansı bir pozuntu zamanı şirkət avtomatik olaraq məhkəməyə verilir.

16. Ən vacib məsələ olan ssenari isə digər kino qəhrəmanlarından əvvəl aktrisaya təqdim edilməlidir.

pia.az


Etiket: Türkan Şoray

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Ən çox oxunanalar