Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

15 ton çürük kartofa görə atışma: Tagil silahı çəkir və...

Moskva ətrafında iki alverçi arasında kartofa görə baş vermiş mübahisə atışma və bir nəfərin ölümü ilə nəticələnib

“Moskovskiy Komsomolets” xəbər verir ki, atışmada ölən 32 yaşlı Azərbaycan vətəndaşının meyitini Moskva vilayətinin Lenin rayonunda, yolun kənarında dayanmış maşının içində aşkar ediblər.

Hadisə yerinə polisi və təcili yardım briqadasını onun dostu, hadisə zamanı yaralaan digər azərbaycanlı çağırıb. Bu şəxs başından yaralanıb, amma bəxti gətirib ki, güllə sıyırıb keçib. Yaralı şəxs hadisənin necə baş verdiyini danışıb.

O deyib ki, bir neçə gün əvvəl yoldaşı ilə birlikdə Moskvadakı “Food City” topdansatış ərzaq bazasına gediblər və Rusiya paytaxtının daha kiçik bazarlarında satmaq üçün 15 ton kartofu topdan almaq istəyiblər. Onlar bazarda münasib qiymətə kartof satanı tapıblar, anlaşıblar və ona 300 min rubl veriblər. Lakin kartofu aparıb anbara boşaldanda məlum olub ki, çoxu çürükdür, yaxud xırda və zədəlidir.

Ortaqlar “Food City”yə qayıdıblar və həmin stıcını tapıblar. Ondan pulları geri tələb ediblər. Həmin şəxs guya pulu qaytarmağa razılaşıb, amma xahiş edib ki, bir qədər gözləsinlər və pulun əvəzinə şənbə günü onlara bir maşın salamat kartof gətirəcək. Lakin görüş yerində ortaqları bir qrup kişi gözləyirdi. Tərəflər arasında kimin kimə borclu olduğu barədə mübahisə düşüb. Hansısa məqamda satıcının yanında gələnlərdən biri tapançanı çıxarıb və atəş açmağa başlayıb.

“Hücum edənləri və satıcının tərəfindən atəş açıb bir nəfəri öldürəni, dostunu yaralayanı hazırda axtarırlar. Zərər çəkən deyir ki, kartofu aldıqları adamın ancaq adını bilirdilər-Tagil”-hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Moskva vilayəti üzrə İstintaq Komitəsindən bildiriblər ki, hadisə ilə bağlı qətl, qətl törətmək cəhdi və qanunsuz odlu silah gəzdirmə maddələri ilə cinayət işi qaldırılıb. Şübhəlilər axtarılır. (virtualaz.org)

pia.az


Etiket: Moskva hadisə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Zelenski Kursk əməliyyatından danışdı: “Bizə yad torpaqlar və insanlar lazım deyil”

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Bu bürclər yaxın günlərdə peyğəmbərlik yuxusu görə bilər

Latviya 2028-ci ildən qadınlar üçün məcburi hərbi xidmət tətbiq edə bilər

Ən çox oxunanalar