Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziyad Səmədzadə sığorta şirkətlərini sərt tənqid etdi

“Pulları yığırlar, hadisə baş verəndə pul vermirlər”

“Dünyanın heç bir ölkəsində təbii fəlakətlər nəticəsində dəyən zərəri dövlət ödəmir. Bunun səbəbi sığorta sistemində kifayət qədər arxayınçılığın olmasıdır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, sığorta şirkətləri həmişə riskli məsələlərdən uzaqlaşırlar:

“Onlar pulları yığırlar, amma onların verilməsi məsələsində nə qədər çətinliklərlə üzləşirik. Bununla bağlı bizə şikayətlər daxil olur. Son 15 il ərzində dəyən ziyanı dövlətimiz öz üzərinə götürüb”.

Deputat bildirib ki, sığorta bazarını formalaşdıran insanlarda bir arxayınçılıq var: “Onlar riskli sahələri sığorta etməkdən çəkinirlər. Pulları yığırlar, sığorta hadisəsi baş verəndə pul vermirlər. Bunlar ciddi məsələdir. Onun sözlərinə görə, sığorta bazarını formalaşdıran insanlarda belə bir arxayınçılıq yaranıb ki, baş verən təbii fəlakət, faciə zamanı məsuliyyəti dövlət öz üzərinə götürəcək və dəyən ziyanı ödəyəcək. Amma dünyanın heş bir ölkəsində belə bir praktika yoxdur. Sığorta şirkətləri pul yığrlar, ancaq sığorta hadisəsi zamanı vermirlər. Bu da nə qədər çətinliklər yaradır. Siz təsəvvür edin son 10-15 ildə nə qədər faciə olub. Təbii fəlakət baş verib və hamısının da məsuliyyətini dövlət öz üzərinə götürərək, dəyən ziyanı ödəyib. Belə olmaz. Baxın sonuncu yanğın zamanı da ölkə başçısı məsuliyyəti öz üzərinə götürərək ziyanı qarşıladı. Odur ki. sığorta bazarının inkişaf etməsi vacibdir. Bu sahədəki problemlərin aradan qaldırılması ilə bağlı dövlət qurumları, sığorta şirkətlərinin, deputatların, mütəxəssislərin birgə iştirakı ilə dinləmə keçirsək yaxşı olar”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar