Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

​140 dövlət müəssisəsinin vergi borcu silinə bilər

Azərbaycanda 140 dövlət müəssisənin əmlak və torpaq vergisi üzrə borcu silinəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov “Report”a bildirib ki, ümumilikdə 10 mln. manatlıq vergi borcu nəzərdə tutulur.

Məlumata görə, bu Prezident İlham Əliyevin “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanunun tətbiq edilməsi barədə imzaladığı fərmanla qüvvəyə minib.

Yeni fərmana görə, müəssisə özəlləşdirildiyi tarixdən etibarən sahibkar 2019-cu ilin martın 1-dək olan borcun 30%-ni il müddətinə, 50%-ni 2 il müddətinə və 70%-ni isə 3 il müddətinə ödəyərsə borcun yerdə qalan hissəsi silinəcək.

Q.Xəlilov deyib ki, bu prosesdə iştirak edəcək müəssisələrin sayı artıb-azalada bilər.

Fərmana görə, bu qanun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının (müəssisələrinin) bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək.

pia.az


Etiket: Vergi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar - Fotolar

Ən çox oxunanalar