Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk əsgəri S-300-ə görə Azərbaycana gəlir - Xatilev

Türk əsgərlərinin S-400 müdafiə sistemləri üçün təlim keçməzdən əvvəl Azərbaycana gedərək S-300 müdafiə sistemini araşdırması doğru yanaşmadır

Bunu Sputnik-ə açıqlamasında hərbi ekspert Sergey Xatilev deyib. O, Ankaranın doğru yolda olduğunu bildirib:

“Bəzi ölkələrdə S-300-ün PT, PM və digər versiyalarından istifadə edilir. S-300 PMU2-lər isə taktiki və texnika xüsusiyyətlərindən əlavə, istifadə edilən raketlər baxımından da digərlərindən fərqlənir. S-400 tamamilə fərqli bir sistemdir. Oxşar xüsusiyyətləri olsa da, tətbiqdə - siqnal qəbul etmə və ötürmə sistemi fərqlidir. Yəni bu sistem daha mükəmməldir”.

Xatilev Azərbaycandakı sistemlərin incələnməsinin Türkiyəyə başqa səbəblərdən də faydalı olduğunu deyib:

“S-300-lərin ən sonuncu versiyasında raket mənzili 250 km-dir. Eyni raket S-400-də istifadə edilə bilər. S-400 raketlərinin bəzi versiyalarından S-300-də də istifadə edilə bilər. S-300-ü daha detallı şəkildə incələmək üçün digər bir səbəb də budur. Dolayı yolla, türklərin doğru olan hər şeyi etdiyini düşünə bilərik. Əvvəlki sistemi, onun güclü və zəif tərəflərini araşdırırlar. Yeni sistemə keçdiklərində tətbiq edə biləcəkləri imkan və qabiliyyətləri öyrənirlər”.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin “Yeni Şəfəq” qəzeti S-400-lər üçün təlim keçəcək türk əsgərlərinin Rusiyadan əvvəl Azərbaycana göndəriləcəyini yazıb. Xəbərdə təxminən 100 nəfərdən ibarət türk əsgərinin Azərbaycanda S-300 PMU2-ni araşdıracağı, daha sonra yay aylarında Rusiyaya gedəcəyi bildirilib. (Axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar