Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Murad Boz: "Azərbaycandan film təklifi almışam"

Xəbər verdiyimiz kimi, türkiyəli ifaçı Murad Boz Bakıya gəlib

O, aktrisa Seda Bakanla birgə "Öldür beni, sevgilim" filminin qala gecəsində iştirak edib.

Təqdimatdan öncə media nümayəndələrinin suallarını cavablandıran Murad Azərbaycan barədə xoş fikirlər səslənidirib:

"Çox həyəcanlıyıq. Azərbaycanda Seda ilə birgə ilk qalamızdır. Gözəl bir film çəkdiyimizi düşünürük. Münasibətlərin, evliliklərin göstərildiyi komediya filmi çəkmişik. Çox əyləncəli oldu. Burada olduğumuz üçün ayrı xoşbəxtəm. Bundan əvvəl Bakıya konsert vermək üçün gəlmişəm. Burada özümüzü öz ölkəmizdə kimi hiss edirik. Qalaların hamısını etdik. Sona qardaş ölkə Azərbaycanı saxladıq.

Azərbaycandan film təklifi almışıq. Daha çox layihənin necə olması maraqlıdır. Pul məsələsi ikinci plandadır.

Aktyorluq qabiliyyətimdə irəliləyiş var. Hər film yeni bir təcrübədir. Seda kimi aktrisanın yanında özümü tərifləyə bilmərəm. Hər dəfə yeni nəsə öyrənirəm.

Daha çox komediya filmlərində rol alıram. Dram filmində çəkilmək üçün təklif almamışam. Bu bir az da "O səs Türkiyə"dəki juri kimi zarafatlarımdan irəli gəlir".

Murad Boz aktyor Burak Özçivitlə münasibətlərinin normal olduğunu bildirib:

"Kardeşim benim 2" filminin Bakıdakı qalasına mən də gəlməli idim. Sadəcə "O ses Türkiyə" verilişinin çəkilişi ilə üst-üstə düşdüyünə görə gələ bilmədim. Yoxsa hər şey qaydasındadır".

O, həmçinin sevgilisi Aslı Enverlə bir daha filmə çəkilməyəcəyini söyləyib:

“Bir münasibəti ekranlaşdırmaq nə dərəcədə doğrudur? Cəmi bir dəfə filmə çəkilmişik, kifayətdir. Özəl həyatımla bağlı çox danışmıram. Məni səhv anlamayın”.

Hamilə olan Seda uşağın cinsiyyəti ilə bağlı suallara cavab verib:

"Uşağın cinsiyyəti bəlli deyil. Əsas odur ki, sağlam olsun.

Aktyorluq belədir ki, bir işdə yaxşı ola bilər, digərində isə əksinə. Bu rejissordan və düzgün ssenaridən asılıdır. Amma zamanla da öz işində püxtələşirsən".

pia.az


Etiket: Murad Boz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar