Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərimova həbsxanada intihar edib? - Detallar

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova və "Uzdunrobita" mobil operator şirkətinin (MTS Özbəkistanın ortağı) keçmş rəhbəri Behzod Əhmədov rüşvət və çirkli pulların yuyulmasından 865 milyon dollar gəlir əldə edib

Bu barədə Nyu-Yorkun Cənub Bölgə Prokurorluğunun rəsmi saytında bildirilib. Qurum şübhəlilərin bu vaxta qədər xaricdə tarixin ən böyük korrupsiya proqramına daxil edildiklərini qeyd edib. Prokurorların fikrincə, Behzod Əhmədov "Uzdunrobita" MMC və digər iki telekommunasiya şirkəti - VimpelCom LTD (indiki adı "Veon") və "Telia"nın (keçmiş adı TeliaSonera - isveç şirkəti) iştirak etdiyi böyük rüşvətalma proqramının təşkilatçısı olub. Kərimova rəsmi mövqeyindən istifadə etməklə bu 3 şirkətdən 865 milyon dollar məbləğində rüşvət almaqda və həmin pulları ABŞ-ın maliyyə sistemləri vasitəsilə yumaqda ittiham olunur.

2014-cü ilin martından bu yana ABŞ və Hollandiya rəsmiləri MTS, Vimpelcom operatorları və Telia şirkəti haqqında istintaq aparıblar. Operatorlar ölkədə uzun müddət çalışmaq üçün Gülnarə Kərimovaya yaxın qurumlara tez-tez milyon dollar rüşvət verməkdə ittiham olunublar.

2016-cı ilin fevralında Vimpelcom 795 milyon dollar cərimə ödəməyi qəbul edib. 2017-ci ilin iyulunda Telia ilə də razılaşma əldə olunub və şirkət 965 milyon dollar məbləğində cərimələnib. MTS-in isə cəzası 850 milyon dollar olacaq.

Telia şirkətinin məhkəmə işi ilə bağlı 2013-cü ilin oktyabrında baş vermiş qalmaqalların ardından Gülnarə Kərimovanın fəaliyyətləri və ətrafı haqqında geniş araşdırmalara başlanılıb. Nəticədə ona aid TV və radio kanalları, Özbəkistan Mədəniyyət və Sənət Forumu Fondu, prezidentin qızı tərəfindən təsdiqlənən yardım təşkilatları bağlanılıb və şəriklərinin mülklərinin bir qismi dövlət tərəfindən müsadirə olunub.

G.Kərimova 2013-cü ildən bəri ev həbsində olub və 2017-ci ildə yeni ittihamlar əsasında saxlanılıb. Son zamanlarda o, həbsxanalardan birinə transfer edilib. Yerli media Gülnarə Kərimovanın orada intihar etdiyini yazsa da, ölkə prokurorluğu bu məlumatı təkzib edib.(qaynarinfo)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar