Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşsizliklə bağlı açıqlanan rəqəmlər reallığı əks etdirir? - Sosioloq açıqladı

Sosioloq: “Azərbaycanda işsizlərin siyahıya alınmasında bir çox problemlər mövcuddur”

“Demək olar ki, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu heç vaxt düzgün göstərilməyib”.

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu Nazirlər Kabinetinin 2019-cu ilin yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə açıqlanan rəsmi işsizlik statusunu PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı açıqlanıb. Bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Sənəddə qeyd edilib ki, 2019-cu ilin yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 20,1 min nəfər ( onların 37,2 faizi qadınlardır) olub.

2018-ci il mərzində işsizlik müavinəti və işsizlikdən sığorta ödənişinin orta məbləği 326, 70 manat olub.

Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.

Məlumdur ki, son illərdə bir çox iş yerləri bağlanıb və yaxud da bir çox şirkətlər işçiləri kütləvi şəkildə ixtisar edib. Bundan başqa aparılan struktur islahatları ilə bağlı da dövlət qurumlarında ixtisarlar baş verib. Bu amilləri nəzərə alaraq rəsmi şəkildə göstərilən bu rəqəmi real hesab etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrənib.

Əhməd Qəşəmoğlu: “Ölkədə işsiz vətəndaşların real rəsmi rəqəmlərinin açıqlanması üçün bir çox problemlər həll edilməlidir. Çünki bu sahədə boşluqlar çoxdur”.

Əvvələr də ölkə üzrə işsizliklə bağlı açıqlanan rəsmi statistikanın heç reallığı əks etdirmədiyini vurğulayan sosioloq PİA.az-a açıqlamasında qeyd edib ki, indi göstərilən rəqəmlər reallığı əks etdirməsə də, az da olsa, reallığa yaxın olduğunu demək olar:

“Demək olar ki, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu heç vaxt düzgün göstərilməyib. Əvvələr də ölkə üzrə açıqlanan rəsmi statistika heç də reallığı əks etdirmirdi. Çünki əvvələr işsizliklə bağlı açıqlanan rəqəmlərdə ölkədə işsizlərin sayı daha az, min nəfər və başqa rəqəmlərdə göstərilirdi. İndi göstərilən rəqəmlər reallığı əks etdirməsə də, az da olsa, reallığa yaxın olduğunu deyə bilərik.

Azərbaycanda işsizlərin siyahıya alınmasında bir çox problemlər mövcuddur. Çünki elə iş yerləri var ki, fəaliyyət göstərirlər amma ki, rəsmi qeydiyyatda deyillər və yaxud da işçiyə 180 manat maaş verirlər. İndiki dövrdə isə 180 manatla yaşamaq və işləyirmiş kimi qeydiyyatda olmaq başqa bir problemdir.

Bir daha qeyd edim ki, ölkədə işsiz vətəndaşların real rəsmi rəqəmlərinin açıqlanması üçün bir çox problemlər var və bu problemlər həll edilməlidir. Bu sahədə olan boşluqlar da öz həllini tapmalıdır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar