Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlcəzair etirazları: Rejim və xalq “təhlükəli yol ayrıcında”

Rejimin inadı Əlcəzair xalqının qarşısında uzun və ağrılı bir zamanın olacağını göstərir

“Haberler.com” saytı, Türkiyə, 6 mart 2019-cu il

82 yaşlı Əlcəzair prezidenti Əbdüləziz Buteflika “Əlcəzair yox deyir!” və “Artıq get!” kimi şüarlar səsləndirilən etirazlara baxmayaraq, 18 apreldə keçiriləcək prezident seçkilərinə beşinci dəfə namizəd olacağını açıqladı.

Başda gənclər olmaqla, Əlcəzair xalqının müəyyən qismi fevralın 21-dən başlayaraq küçələrdə, şəhərlərdə prezident Buteflikanın bu qərarına etiraz edirdilər.

Bir müddətdir ki, İsveçrədə bir xəstəxanada müalicə alan Buteflika prezidentliyə müraciətin sonuncu günü, yəni 3 mart gecəsi son anda namizədliyini irəli sürdü.

“El-Vatan” qəzetinin məlumatına görə, gecə saatlarının olmasına baxmayaraq, küçələrdə yenidən etirazlar baş verdi. Hazırda Əlcəzair rejimi və xalqı çox təhlükəli bir yolayrıcındadır.

20 ildə ilk dəfə...

Dövlətin rəsmi xəbər agentliyi Buteflikanın yenidən namizəd olacağını elan etdikdə sosial media dərhal canlanmışdı. “Le Monde” qəzetinə danışan əlcəzairlilər “Bu ölkədə bir gələcək qalmadı, mən gedirəm!”, “Ölkənin sərvətini həmişə eyni insanlar paylaşır”, “Nə edək, etiraz etsək, qaranlıq 10 ili (1990-cu illərdəki daxili savaş) yada salırlar” kimi sözlərlə öz etirazlarını ortaya qoyduqları halda, “La Liberte" qəzetinin yazarı Amin Zaouinin “Ərəb dünyasında seçki nəticələrinə inanmaqla dəvə sidiyinin xərçəngə çarə olduğuna inanmaq arasında fərq yoxdur” sözləri ilə reaksiyaların çarəsizlikdən baş verdiyini göstərirdi. İqtidar dairələri prezidentin qərarına sevinsələr də, müxalifətin etiraz reaksiyaları daha da böyüməyə başlayıb.

2000-2003-cü illərdə Buteflikanın rəhbərliyi altında baş nazir vəzifəsini icra edən, rejimlə yollarını ayırdıqdan sonra 2014-cü ildə keçirilən prezident seçkilərində Buteflikanın əleyhinə çıxan Əli Benflisi bir açıqlamasında “Siyasi iqtidar öz davamlılığını təmin etmək üçün məsuliyyətini ölkənin ümumi maraqların önünə qoyaraq, ictimai sülhü, ölkənin sabitliyi və milli birliyi təhlükəyə atıb”, deyə qeyd edib.

Doğrudan da sosial şəbəkələrdəki qaynama və müxalifətin reaksiyaları göstərir ki, “Tribune” qəzetinin şərhçisi Salah Badisin dediyi kimi, “Qorxu divarı aşdı” və 21 fevral axşamı on minlərlə əlcəzairli gənc şəhərin küçələrində etiraza çıxdı. Küçələrdə “Oğrular, məmləkəti yediniz!”, “Tamaşaya son!”, “Xalq rejim dəyişikliyi istəyir!” kimi şüarların təsiri futbol matçlarında da rezonans doğurub.

Polisin hücumu və bibər qazından istifadə etməsi ilə bir həftə davam edən etirazın sonunda “El-Vatan” qəzetindən Hacen Ouali “Millətin uzun səssizliyi pozuldu. Qəzəb içində olmaqdan azad oldu və bir güc olaraq ortaya çıxdı. Bu həftə etirazlar iqtidarı sarsıtdı”, deyə vurğulayıb.

Eyni qəzetin digər şərhçisi Chavki Ammari isə “Rejimin kədərli sonu. Prezidenti İsveçrədə müalicə alan dəstəkçiləri xalqı ölməkdə olan bir adamın ən yaxşı seçim olduğuna inandırmaq üçün polisdən kömək istəməkdən başqa bir yol bilmirlər. Bu, doğrudan da rejimin sonudur?”, deyə verdiyi suala “Bəli, amma uzun çəkəcək”, deyə özü cavab verib.

Uğursuz müqayisə

Bu reaksiyalara cavab olaraq, Əlcəzairin Baş naziri Əhməd Uyahya Məclisdəki çıxışında “El-Vatan” qəzetinin vurğuladığı kimi, çox məsuliyyətsiz açıqlama verib və Əlcəzairdə baş verən etirazları Suriyadakı vətəndaş müharibəsinin başlanğıcındakı hadisələr ilə müqayisə edib.

Müdafiə nazirinin “Suriyada da üsyan güllərlə başladı”, deyərək xalqa göstərdiyi hədə-qorxuya isə əlcəzairlilər “Əlcəzair Suriya deyil”, deyə cavab verdilər.

“El-Vatan” qəzetindən Reda Bekkatın 2 mart şərhinə əsasən, “küçələrdə ikinci qurtuluş müharibəsi havası” vardı.

Bütün bu etirazlara, qeyri-sabitliyə və sosial münaqişə riskinə baxmayaraq, Buteflika son anda etirazları inkar edərək, beşinci dəfə prezidentliyə namizədliyini irəli sürdü.

Uzun və ağrılı bir müddət

Rejimin inadı Əlcəzair xalqının qarşısında uzun və ağrılı bir zamanın olacağını göstərir. Hökumət strukturlarının yeni bir razılaşma əldə etmək imkanları yoxdur. İqtidar partiyasının əlində 82 yaşlı xəstə Buteflikadan başqa davamlılığı təmin edəcək ikinci namizəd də yoxdur. Digər tərəfdən, etirazlarda iqtisadi şərtlər, yaşayış xərcləri və işsizliklə bağlı şüarlar da yoxdur. Lakin bu vəziyyətin sürətlə dəyişilməsi mümkün görünür.

Ölkədə iqtisadi artım 3% aşağı düşüb. İşsizlik ümumi olaraq 100-də 11, gənclər arasında ( 16-24 yaş) isə 30%-ə qədər aşağıdır. İşsizliyin daha da artmasının qarşısını almaq üçün yeni iş imkanlarının yaradılmasına ehtiyac var. Lakin Buteflika rejiminin “qaranlıq və qanlı 90-lar”dan sonra uzun illər Həmid Səidin dediyi kimi, “hətta vicdanları” belə almağa qadir olan neft gəlirləri sürətlə aşağı düşür.

Əlcəzairin milli valyutası olan dinarın 2014-cu ildən etibarən 40% nisbətində dəyərsizləşməsi inflyasiya təzyiqlərini artıraraq bu daralmanı daha da artırır.

İnad və yüksək risklər...

Buteflikanın namizədliyindən sonra vəziyyəti qiymətləndirən “La Liberte” yazarı Hammuşi “rejimin inadı riskləri sürətlə artırır”, deyə şərh verib. Hammuşi bu tendensiya fonunda sürətlə yüksələn müxalifət qarşısında “Rejim və Buteflika nə üçün bu qərarı aldılar?”, deyə sual verib.

Hammuşiyə görə, “Rejim ya müxalifətin toplumsal dərinliyini dərk etmir, küçümsəyir, ya da bu dərinliyi dərk edir, amma yenə də öz yolu ilə getməyə qərar verir”.

Qısası, “qarşımızda bir xətamı var, macəralı bir seçim?”, deyə soruşub.

Bəlkə də rejim qəzəb və şiddətin dərinliyini görür, amma müxalifətin quruluşuna əsasən özünə güvənir və bu güvənlə hərəkət edir. Doğrudan da müxalifət cəbhəsi paramparçadır.

Qısası, Əlcəzairdə xalq yaşlı, xəstə, rejimində sui-istifadə halları tüğyan edən Buteflikanın beşinci namizədliyinə qarşıdır, amma “Le Monde” qəzetinin şərh etdiyi kimi “ortada dalana dirənən bir iqtidar və zəif bir müxalifət var”.

Bəli. Bəlkə də rejim geri addım ata bilməyəcəyi bir dönəmə girib, amma dəyişiklik uzun, müxtəlif risklərlə dolu və ağrılı olacaq.

Tərcümə: PİA.az-ındır

Orjinal

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Ən çox oxunanalar