Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin-Netanyahu razılaşması: Rusiya və İsrail birgə müşahidə qrupu yaradır

İsrail İranın Suriyada mövqeyini möhkəmlətməsinə imkan verməyəcək

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail və Rusiya xarici qüvvələrin Suriyadan geri çəkilməsini araşdırmaq üçün birgə qrup formalaşdıracaq. İsrail İran qüvvələrinin Suriyadan çıxmasını istəyir və bölgədəki düşməninin Suriyada mövqelərini möhkəmlətməsinə imkan verməyəcəyinə söz verib.

Netanyahu keçən həftə çərşənbə günü Moskvada Rusiya prezidenti Vladimir Putinlə İranın Suriyada mövcudluğu məsələsinin müzakirə edib.

“Mən birmənalı şəkildə aydın etmişəm ki, İsrail İranın Suriyada mövqeyini möhkəmlətməsinə imkan verməyəcək və mən onu da birmənalı şəkildə bildirmiəm ki, biz ona qarşı hərbi əməliyyatları davam etdirəcəyik. Prezident Putin və mən həmçinin birgə məqsəd barədə razılığa gəlmişik: vətəndaş müharibəsinin başlamasından sonra xarici qüvvələrin Suriyadan çıxarılması. Biz bu məqsədə nail olmaq üçün bütün elementlərlə yanaşı birgə qrup yaratmışıq”, Netanyahu əlavə edib.

İsrail Suriyada yüzlərlə hava hücumu keçirərək, İran və Livanın şiə Hizbullah qrupunun mövqelərini hədəf aldığını və Rusiya ilə toqquşmanın baş verməsinə yol verməmək üçün qaynar xəttin yaradıldığını bildirib.

İran, Rusiya və Tehranın dəstəklədiyi Hizbullah 2011-ci ildə başlayan vətəndaş müharibəsində Suriya prezidenti Bəşar Əsədi dəstəkləyir.

(Amerikanın səsi)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay