Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O obrazı oynamağı qəbul etmədim, lakin dəfələrlə...” - Əməkdar artist

Əməkdar artist Dilarə Əliyeva bu gün təqdim olunacaq “Məhəllə 3” filmindən danışıb

Saytımızın suallarına cavab verən aktrisa deyib ki, ekran işinin tamaşaçılar tərəfindən bəyəniləcəyinə inanır:

“Məhəbbət obrazı bu dəfə şoka salacaq. Mən də səbirsizliklə gözləyirəm, görəsən, tamaşaçı necə qəbul edəcək? Məhəllədə olan Məhəbbəti belə görmək heç kimə nəsib olmayıb. Filmi izləməmişəm, tamaşaçılarla birlikdə izləyəcəyəm. Bütün filmlər mənim balalarımdır, işlərimə məsuliyyətlə yanaşıram, seyid cəddinə arxayın olmuram, çox narahat insanam. Hər zaman yeni şeylər axtarıram. Bütün obrazlarıma əlavələr edirəm. Özümü görmədiyim ekran işində rol almıram”.

- Müsahibələrinizin birində demişdiniz ki, Türkiyə istehsalı olan “Milyonluk kuş” filminə dəvət alanda qəbul etməmisiniz. Bildirmisiniz ki, özünüzü o rolda görmürsünüz. Sonra filmdə çəkilməyə sizi nə razı saldı?

- Düzdür, özümü görmürdüm. Dəfələrlə qəbul etmədim. Sonra çox israr etdilər ki, biz sizi o rolda görürük. Mən də şərt qoydum ki, filmdə Türkiyə türkcəsində yaxşı danışmadığımı qeyd edəcəyəm. Obraza əlavələr etməyimə də qarışmayacaqsınız. Razılaşdılar, mən də öz istədiyim kimi obrazımı canlandırdım.

- Oynadığınız obrazın təsirinə düşdüyünüz olub?

- Əlbəttə olur. Evdə o obraz kimi davranıram. Evdəkilərə tapşırmışam ki, gördünüz çox rola girmişəm, çimdikləyin məni.

- Qarşıdan 8 mart Qadınlar Günü gəlir. Həyat yoldaşınızdan nə hədiyyə gözləyirsiniz?

- Oqtay hədiyyə almaq üçün bayramı gözləmir. Bizim ailədə belədir ki, pulu verir, özüm hədiyyəmi alıram. Mən öz bayramımı heç kimə etibar etmirəm, özüm özümə bayram yaradıram. Mən hədiyyə alanda narahat oluram. Düşünürəm ki, bəlkə qarşıdakının imkanı yoxdur.

- Siz həyat yoldaşınıza hədiyyə olaraq nə almağı xoşlayırsınız?

- Oqtaya ətir alıram. Mənim seçdiyim ətirləri çox sevir. Bu da məni sevindirir.

- Ötən il qızınızı nişanladınız. Dilarə Əliyeva necə qayınanadır?

- Böyük qızım nişanlıdır. Kürəkən ürəyimizcədir, o qədər mədənidir ki... Kürəkənim mənim qızımı sevdiyim kimi sevir. Hər zaman dua etmişəm ki, qızlarımın ailə quracağı adam təhsilsiz, imkansız da olsa, kübar olsun. Oğlan Fransa da təhsil alır. Çox diqqətcil oğlandır. Ötən doğum günümdə yoldaşımla İstanbula getdik. Gəzib qaydanda gördük ki, otaqda çox gözəl gül var, yanında hədiyyə, meyvə və şokolad var. Çaşıb qaldıq, sonra bildik ki, kürəkənimdəndir. Sevincdən kövrəldim, gözlərim yaşardı.

- Böyük qızınız incəsənətdən uzaqdır. Kiçik qızınızın aktrisalıq qabiliyyəti var?

  • Çox hazırcavabdır, stand-up hazırlayır. Özünün maraqlı fikirləri var, yumor hissi güclüdür. Əgər incəsənətə meyllənsə, ona dəstək olacağam. Deyə bilərik ki, ikinci Dilarə Əliyeva yetişir.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Ən çox oxunanalar