Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur "Zoopark əhvalatı" əsəri səhnəyə qoyulur

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, rejissor Azər Paşa Nemətovun İttifaqın nəzdində yaratdığı Rejissor laboratoriyası 2018-ci ilin sentyabr ayından fəaliyyət göstərir

Rejissor laboratoriyasının bədii rəhbəri Əməkdar İncəsənət xadimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovdur.

Hal-hazırda laboratoriyada qurulan tamaşalardan birinin rejissoru tamaşanın quruluşçu rejissoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru İmran Ali Qurbandır. Gənc rejissor bizə verdiyi açıqlamada bildirib ki, məşhur amerikalı yazıçı Edvard Olbinin “Zoopark əhvalatı” pyesi eyni ad altında tamaşaya qoyulacaq. Tamaşada olan personajlardan "Jerry" obrazını Respublikanın əməkdar artisti Rövşən Kerimduxt, "Piter" obrazını isə aktyor Elçin Hacı canlandıracaq.

Səhnə əsərinin premyera tarixi və məkanı hələlik açıqlanmasa da, məşqlər tam sürətlə davam etdirilir.

Rejissorun dilindən - Edvard Olbinin "Zoopark Əhvalatı" əsəri dövründən və məkanından asılı olmayaraq, daim aktual və tamaşaçıların ixtiyarına verilə biləcək bir əsərdir.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Ən çox oxunanalar