Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xırdalandakı durum sosial-demoqrafik fəlakətdir - Ekspert

Tanınmış ekspert Xırdalandakı dəhşətli mənzərədən yazdı

Rövşən Ağayev,

iqtisadçı ekspert

Dünyanın nüfuzlu universitetlərində şəhər menecmenti ilə bağlı tədris üçün çox pis canlı keyslər lazım olsa, Xırdalanın hazırkı halını videolaşdırıb rahatlıqla və tərəddüdsüz istifadə etmək olar.
250 min nəfərin yaşadığı şəhər yaradıb, amma yol infrastrukturu üçün ərazi saxlamağı unutmağıın canlı nümunəsini görmək istəyirsiniz – yenə Xırdalan.

Hər kvadratmetrə düşən əhalinin sıxlığı meqolpolislərlə yarışacaq periferiya şəhəri üçün nümunə axtarırsınızsa, Xırdalana gəlin – hərəkət etməyə yol yoxdur, amma 16 mərtəbəli binaların sayı yağışdan sonra çıxan göbələklərin sayından 10 dəfə çox sürətlə artır. Hər halda əhalinin hər 10 000 nəfəri, ərazinin hər kvadratkilometri üçün yol infrastrukturunun bir minimum yolverilən həcmi olmalıdır – şəhərsalma standartı kimi…

Yol-səki gerçəkdən yoxdur. Mərkəzəi küçələrdə quraşdırlmış avtobus dayanacaqları üçün kənarda yer saxlanmadığı, onların yerini binalar zəbt elədiyi üçün avtobuslar elə yolun hərəkət zolağındaca sərnişinləri endirib-mindirməli olurlar. Hələ bu azmış kimi, onların dayana biləcəyi mümkün yerlərin hamısını taksilər zəbt edib. Bircə rəsmi qurum, şəxs yoxdur ki, həmin taksiləri avtobusların dayanmalı olduqları yerlərdə deyil, boş məkanlara aparsın, bu biabırçı, hər gün on minlərlə insanın əsəblərini tarıma çəkən mənzərəyə əncam çəksin.

Yaşıllıq sahələri barədə danışası olsaq, yəqin ki, daha faciəvi mənzərə ortaya çıxar. Bəlkə də yaşayış ərazilərinin heç 3-4%-i qədər də yaşıllıq alanları mövcud deyil – ən azından müşahidələr bunu aşkar göstərir.
Məktəblər var ki, uşaqların oynaya biləcəyi kiçik bir idman meydançası belə yoxdur.

2 ildir kanalizasiya-su sistemini yeniləmək adı ilə yolları dağıdıblar, az qala 700 gündür hər gün bu dağılmış yollar avtomobillərimizi də dağıdır – insanlar üçün əlavə xərc yaradır, amma məsuliyyət daşıyacaq bircə nəfər yoxdu…
Yeganə çıxış yolu insanların səs verib seçəcəyi, onların səsinin qorxusu və məsuliyyəti altında işləyəcək yerli özünüidarə sistemidir

Xırdalanda hər gün üzləşdiyimiz, içərisində yaşadığımız durum artıq problem olmaqdan çıxıb – sosial-demoqrafik fəlakətdir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar