Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana Türkiyədən gətirilən meyvə-tərəvəzlə vəba yayıla bilər

Türkiyədən və Almaniyadan Rusiyaya daxil olan meyvə və tərəvəzlərdə (portağal, Naringi, qreypfrut, armud, limon, xiyar, alma və s.) parazitlik edən “Apocephalus paraponerae” növünə aid olan çoxzəhərli qozbel milçəklər aşkar edilir

Belə xəbərdarlıqla Rusiyada kənd təsərrüfatı məhsullarına nəzarəti həyata keçirən “Rosselxoznadzor” çıxış edib.

Virtualaz.org Dağıstan mənbələrinə istinadən xəbər verir ki, adı çəkilən həşərat həm insanlar, həm də heyvanlar üçün təhlükəlidir, belə ki, vəba xəstəliyini yayır. “Apocephalus paraponerae” növünə məxsus qozbel milçəklər və onların süfrələri meyvələrdə, tərəvəzdə, unda, pendirdə, balıqda və soyada aşkarlana bilər.

Bununla bağlı Dağıstan ərazisində müvafiq tədbirlərin həyata keçirildiyi bildirilir. Təsərrüfat subyektlərinin rəhbərləri ilə keçirilən görüşlərdə onlara sözügedən həşəratlar və onların törədə biləcəyi xəstəliklər barədə ətraflı məlumat verilir, məlumat vərəqələri paylanır.

Son günlərdə təhlükəli qozbel milçəklər barədə informasiyanın əksini tapdığı plakatlar və reklam lövhələri yaşayış məntəqələrinin inzibati binalarının, uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və bazarların yaxınlığında quraşdırılıb.

Mahaçqala şəhərindən Azərbaycanla sərhədə qədər olan yolun kənarlarında sakinləri “Apocephalus paraponerae” növünə məxsus qozbel milçəklərdən qorunmağın vacibliyi barədə məlumatlandıran bilbordlar vurulub.

Belə bir hal aşkarlanan zaman sakinlərdən “Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinə zəng etmələri xahiş edilir.

Qeyd edək ki, Azərbaycana da Türkiyədən hər il portağal və digər subtropik meyvələr, o cümlədən tərəvəz idxal olunur. Hazırda Bakı bazarlarında Türkiyə istehsalı olan meyvə-tərəvəzə hər addımda rast gəlinir. Eləcə də bu mallar Azərbaycan üzərindən Rusiyaya daşınır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar