Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən zəngin adamı intim fotolarla şantaj edilir

Dünyanın ən zəngin adamı – “Amazon” şirkətinin sahibi Ceff Bezos “National Enquirer” “sarı” nəşrinin rəhbərinin onu açıq-saçıq fotoşəkillərini dərc etməklə şantaj etdiyini açıqlayıb

Bu barədə “The Guardian” məlumat yayıb.

Bezosun sözlərinə görə, Devid Pekerin vəkilləri onunla əlaqə yaradaraq, redaksiyaya qarşı şikayətini geri götürməyəcəyi təqdirdə telefon ismarıclarını (SMS) və intim fotoşəkillərini yayacaqları ilə hədə-qorxu gəliblər.

Yanvar ayının əvvəlində Bezosun 25 illik həyat yoldaşı Makkenzidən ayrılması xəbəri yayılıb. Cütlüyün boşandıqlarını ictimai şəkildə elan etməsindən 48 saat əvvəl adıçəkilən nəşrin onun barəsində jurnalist araşdırmasına başladığını və keçmiş teleaparıcı, 49 yaşlı Loren Sançezlə gizli eşq macərası yaşadığını öyrəndiyini Bezosa bildirib.

Qalmaqalın yaranmasından sonra Bezos şəxsi həyatı ilə bağlı məlumatların hansı şəkildə sızdığını müəyyən etmək üçün şəxsi xəfiyyələr tutub.

Ötən gün Bezos jurnalın rəhbərliyinin, başda Devid Peker olmaqla, onun Sançesə göndərdiyi şəxsi fotoları yaymaqla şantaj etdiyini bildirib. Şəkillərin yayılmaması üçün Bezos istintaqı dayandırmalı və ona qarşı hazırlanan dosyenin siyasi sifarişli olmadığını ictimai şəkildə elan etməlidir.

Qeyd edək ki, Bezos ABŞ prezidenti Donald Trampın qatı əleyhdarlarındandır. Onun sahibi olduğu “Washington Post” qəzeti Ağ Ev rəhbərini mütəmadi olaraq tənqid atəşinə tutur. “National Enquirer” jurnalının naşiri Devid Peker isə ABŞ mediasında Trampın ən yaxın müttəfiqlərindən sayılır.(azeuronews.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar