Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisin tərkibi keyfiyyət baxımından zamanın tələbinə cavab verirmi?

Deputat: “Mənim görmək istədiyim parlament tamamilə fərqli bir tərkibdə olmalıdır və hazırkı tərkib təbii ki, mənim ideallarıma uyğun deyil”

“Əgər ağıllı televiziya siyasəti aparılsa, bu qədər söyüş məkanı olmaz və debatlar elə televiziya məkanında aparılar”.

Bu sözləri deputat Fazil Mustafa PİA.AZ-a açıqlamasında qeyd edib.

Ötən həftə YAP-ın icraçı katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında öz deputat həmkarlarını sərt şəkildə tənqid edib. Siyavuş Novruzovun fikrincə, xaricdən sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı olunan hücumlara adekvat cavab verilmir. Xüsusən Milli Məclisdə onlarla millət vəkili var ki, bir neçə çağırış deputat olmalarına baxmayaraq, ağızlarını belə açmırlar.

“Hamımız birlikdə mübarizə aparmalıyıq. Bəzən Milli Məclis haqqında söz deyilir, bəzi deputatlar yaxalarını kənara çəkir, deyirlər ki, bizə aidiyyatı yoxdur. Bu deyilən söz bütün deputatlara aiddir. Əgər bizə söz deyilirsə, biz onlardan 20 dəfə artıq deməliyik. Başa düşsünlər ki, onlar bizlə qarşı-qarşıya gəlmək gücündə deyillər. Onlarınki yalnız söyüşdür. Söyüş söyürsə, qarşılıqlı cavabını verməliyik”, deyə deputat Siyavuş Novruzov öz çıxışında bildirib və əksər deputatların susqunluğunu tənqid edib.

Sosial şəbəkələrlə bağlı iradını da bildirən komitə sədri “Bəzi hallarda təhqirlər anonim adlar altında yazılır. Bununla da mənəvi terror həyata keçirirlər. Bu, onların ağlının məhsulu deyil, xaricdə oturan bəzi dairələrin göstərişidir. Onlar bilmir ki, 25-30 ildir, siyasətlə məşğuluq, mexanizmi də çox yaxşı bilirik. Onlar bu cür addımlarla bizi qlobal siyasətimizdən döndərə bilməzlər”, deyə qeyd edib.

Maraqlıdır ki, Milli Məclisdə 20-25 ildir “ağzına su alıb oturan” onlarla deputat var. Onların adları da ölkə mətbuatında davamlı olaraq məhz “lal” olduqlarına görə hallanıb.

Milli Məclisin hazırkı tərkibi keyfiyyət baxımından standartlara və zamanın tələbinə cavab verirmi və növbəti parlamenti bu tərkibdə görmək məqsədəuyğundurmu?

Milli Məclisin hazırkı keyfiyyəti ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Məclisin fəal deputatlarından Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib.

Fazil Mustafa: “Ola bilər ki, cəmiyyət məni də orada görmək istəmir”.

Milli Məclisin tərkibinin məhz cəmiyyətin seçimləri əsasında formalaşdığını vurğulayan deputat Fazil Mustafaya görə, MM-ın hazırki tərkibinin bundan sonrakı dönəmlərdəki aqibəti ictimaiyyətin qərarından asılı olacaq:

“Biz Milli Məclisin tərkibini müzakirə edə bilmərik. Çünki Milli Məclisi cəmiyyət seçib. Buna görə də parlamentin necə olub-olmaması şəxsi ideallara görə müəyyən olunmur.

Sadəcə dövlətin əlində kifayət qədər mexanizmlər var və ağıllı televiziya siyasəti aparmaq lazımdır. Əgər ağıllı və uzaqgörən televiziya siyasəti aparılsa, bu qədər söyüş məkanı olmaz və debatlar elə televiziya məkanında aparılar. Həmçinin cəmiyyətdə də bu qədər aqressivlik artmaz.

Mənim görmək istədiyim parlament tamamilə fərqli bir tərkibdə olmalıdır və hazırkı tərkib təbii ki, mənim ideallarıma uyğun deyil. Lakin mən bir nəfərəm və imkanım olsa, 50 nəfər olaram. Yəni, mənim necə görməyim önəmli deyil. Əsas cəmiyyətin rəyidir və onlar bunu müəyyən etməlidirlər. Ola bilər ki, cəmiyyət məni də orada görmək istəmir, ya da istəyir. Ona görə də mənim öz fikrimi mütləq həqiqət kimi görməyim doğru olmur”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Ən çox oxunanalar