Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada radikallaşma: Yeni dünya nizamı xaos fonunda dizayn olunur?

“Qlobal xaos maliyyəçisi” kimi tanınan milyarder biznesmen Corc Soros və tərəfdaşları yeni dünya nizamını necə təsəvvür edirlər?

Politoloq: “Rotşildlər ailəsinin Avropadan çəkilməsi mümkün deyil. Çünki Rotşild ailə deyil, ABŞ-ın maliyyə hakimiyətinin bünövrələrindən biridir”.

“Mövcud şəraitdə Avropada sakitliyi təmin edəcək güclü bir siyasətçi yoxdur. Ən güclü siyasətçi Merkeldir, o isə artıq gedir. Merkeldən sonrakı Avropada daha böyük xaosun yaranması istisna olunmur”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu mövcud şəraitdə Avropa baş verən prosesləri şərh edərkən PİA.AZ-a müsahibəsində qeyd edib.

Məlumdur ki, son zamanlar Avropada siyasi sabitlik pozulmağa doğru gedir. siyasi sabitliyin iqtisadi inkişafa da zərbə vuracağı istisna olunmur. Hal-hazırda “qlobal xaos maliyyəçisi” kimi tanınan milyarder biznesmen Corc Soros Avropada xaos yaratmaqda ittiham olunur. Onun “sarı jiletlilər” hərəkatının arxasında durmasına bir çox Avropa liderləri də işarə edib. Bir çox araşdırmaçıların fikrincə isə, hazırda Avropanı yanan məşələ çevirmək istəyən “sarı jiletlilər” Corc Sorosun və onun “Açıq Cəmiyyət” İnstitutunun layihəsidir. Eyni zamanda iddia olunur ki, Avropada Rotşild ailəsi ilə Pentaqonun dəstəyi ilə Sorosun arasında qızğın savaş gedir. Bəzi iddilara görə isə yeni dünya nizamı Avropada dizayn olunmağa başlanılıb.

Maliyyəçi, amerikalı milyarder Corc Soros həmçinin dünyanın iki böyük iqtisadiyyatının, ABŞ və Çinin toqquşmasından böyük müharibə törənə biləcəyini deyib. “ABŞ və Çin soyuq müharibə içərisindədirlər və bunun həqiqi müharibəyə dönməsi təhdidi var”, deyə “qlobal xaos maliyyəçisi” bildirib. Soros həmçinin hesab edir ki, hazırda Çin fantastik dəyişikliklər dövrünü yaşayır, lakin 10 ildən sonra maliyyə böhranı ilə qarşılaşa bilər.

Avropadakı vəziyyətlə və dünyada gedən prosseslərlə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə müsahibə hazırlayıb.

PİA.AZ həmin müsahibəni təqdim edir:

Mübariz Əhmədoğlu: “Avropada baş verən proseslər təsadüfi deyil və obyektiv reallıqlara söykənir”.

- Mübariz bəy, bəzi iddilara görə yeni dünya nizamı Avropada dizayn olunmağa başlanılıb. Avropada baş verənlərlə bağlı nə deyə bilərsiniz?

- İddialarla razıyam ki, Avropada yeni dünya dizaynı formalaşmaqdadır. Avropa artıq köhnə qaydalara idarə oluna bilmir, amma yeni qaydalar da tapa bilmir. Leninin dediyi kimi, inqilabın əsas şərti aşağıdakıların əvvəlki qaydada yaşamaq istəməməsi, yuxarıdakıların isə əvvəlki qaydada idarə edə bilməməsidir. Hal-hazırda Avropada bu cür inqilabi vəziyyətdədir. Avropada gedən prosesləri tənəzzülə aparan amillər çoxdan yaranıb. Yəni, 1-2 ilin içində yaranmayıb.

Təsəvvür edin ki, Jak Şirakdan sonra Fransada bu ölkənin tarixi ənənlərinə və müasir standartlarına uyğun, normal şəxs rəhbərliyə gəlməyib. Avropada fundamental ailələrin hamısı ailə qaydalarına çox ciddi sürətdə riyaət edirlər. Halbuki Jak Şirakdan sonra rəhbərliyə gələnlərin heç birinin fundamental ailə bağları olmayıb. Bu adamlar ümumi seçicilərin 10/1 faizinin səsverməsi ilə prezident olublar. Fransa cəmiyəti hesab edib ki, tarixi ənənələrə bağlı standart tərbiyəli insanların idarəçiliyi işə yaramır. Bu fikir bəlkə də Avropa cəmiyyətinə kənar qüvvələrin təsiri əsasında formalaşıb.

Hesab edirəm ki, Avropada daha ciddi prosseslər üzə çıxacaq. Fransadakı iğtişaşalar, İngiltərədə “Breksit” qərarı ilə bağlı gündəmin əsas mövzularından biridir. “Breksit” kifayət qədər böyük dəyişikliklərə səbəb olacaq. Bu prosselər öncə Hollandiyada, Brusseldə, Belçikada başladı. Belçikada fransızdilli şəxslərlə ingilis, almandilli şəxslər arasında ədavətin başlaması müşahidə olunurdu. Həmin ədavət Kanadaya belə keçdi. Yəni, mövcud şəraitdə hökm sürən proses bütün Qərbi əhatə edir.

Avropada baş verən proseslər təsadüfi deyil və obyektiv reallıqlara söykənir. Avropadakı rposeslər uzun zamandır yığılıb qalan mənəviyyatla bağlı problemlərin təsiridir. Mənəviyyatla bağlı yaranan problemlər siyasətə çevrildi və siyasət bu problemləri sosial həyata atdı. Bu baxımdan Fransa standartlarına o qədər də uyğun olmayan Makrona səs verən xalq indi çıxıb etiraz edir və Makronu tənqid edir.

Mübariz Əhmədoğlu: “Əgər avropalılar bir-birinə qarşı dözümü artırarsa, Avropanın siyasi texnologiyasının özü ortaya yeni düzən qoyacaq”.

- Avropadakı qarşıdurmalar və radikalizmin artması köhnə dünyada yeni müharibə tətkiləyə bilərmi? Axı son 70 ildə avropalılar üçün müharibə ən dəhşətli yuxudur?

- Ümumiyyətlə, Avropa müharibələr vətənidir. Dünya müharibəsinin ikisinin də mahiyyəti Avropadan formalaşıb. Bu gün Avropada demokratiyaya və qanunlara hörmət məhz qanlı müharibələr qorxusundan formalaşıb. Avropada o qədər qanlı müharibələr olub ki, müharibədən danışanda onlar qorxurlar. İkinci Dünya müharibəsindən sonra isə avropalılarda müharibə qorxunc röya kimidir.

Amma mən düşünürəm ki, hal-hazırda Avropada baş verən proseslər müharibəyə səbəb ola bilər. Onu da qeyd edim ki, indiki qloballaşma dövründə biz də Avropaya qaynayıb, qarışmışıq. Əgər bu gün Avropada müharibə baş versə, biz də ziyan çəkəcəyik. Bu baxımdan problemlərin sülh yolu ilə həlli daha məqsədəuyğundur.

Mövcud şəraitdə Avropada sakitliyi təmin edəcək güclü bir siyasətçi yoxdur. Ən güclü siyasətçi Merkeldir, o isə artıq gedir. Merkeldən sonrakı Avropada daha böyük xaosun yaranması istisna olunmur. Bu baxımdan düşünürəm ki, Avropadakı proseslər təhlükəli istiqamətdə gedə bilər.

- Rotşildlər ailəsinin Avropadan, misal üçün Britaniyadan, Fransadan, Almaniyadan çıxmasını mümkün hesab edirsiniz? Bəziləri hesab edirlər ki, Pentaqon Rotşildlər klanını Rusiya və Çinə qədər qovmaq istəyir.

Rotşildlər ailəsinin Avropadan çəkilməsi mümkün deyil. Çünki Rotşild ailə deyil, ABŞ-ın maliyyə hakimiyətinin bünövrələrindən biridir. Rotşild ailəsinin hansısa formada Avropadan uzaqlaşması Avropada ABŞ-ın təsirinin azalması deməkdir. Trampı hakimiyyətə gətirən “Yeni ABŞ” ideoloqları nə düşünürsə düşünsün, ABŞ-ın dərin dövlət maraqları var.

Xatırlayırsınızsa, Tramp NATO ilə yola getmirdi və bir-iki fikir səsləndirmişdi. Nəticədə ABŞ konqresi qərar qəbul etdi ki, Tramp özbaşına NATO-dan çıxa bilməz. Sabah ABŞ konqresi qərar qəbul edə bilər ki, Tramp Avropa istiqamətində maliyyə məsələləri ilə məşğul olmasın. Demək istəyirəm ki, Rotşildin Avropadan çıxması ABŞ-ın Avropadan çıxması, Avropanın dolların təsirindən uzaqlaşması deməkdir. ABŞ-ın dərin dövləti və mühafizəkar təbəqələri buna imkan verməz.

Mübariz Əhmədoğlu: “ABŞ-ın dünya idarəçiliyini itirməsi Tramp kimi üç şəxsin ardıcıl olaraq ABŞ prezidenti olması fonunda yarana bilər”.

- Bəs bu xaosun içindəki yeni dünya düzənini necə ehtimal edirsiniz? Yəni təsəvvürünüz varmı?

- Bu, çox qəliz sualdır. Fikrimcə, indiki şəraitdə bu suala konkret cavab vermək mümkün deyil. Əgər avropalılar bir-birinə qarşı dözümü artırarsa, Avropanın siyasi texnologiyasının özü ortaya yeni düzən qoyacaq. Hadisələri zamanın axarına buraxmaq lazımdır. Hesab edirəm ki, Avropanın texnologiyası indiki gərginlikləri sabitləşdirə biləcək.

- Corc Soros “ABŞ və Çin soyuq müharibə içərisindədirlər və bunun həqiqi müharibəyə dönməsi təhdidi var”, deyə bildirib. ABŞ və Çinin toqquşması yeni dünya düzəninə necə təsir edə bilər?

- Fikrimcə, ABŞ-Çin toqquşmasında ABŞ qalib olacaq. Yaxın zamanlarda ABŞ-la Çin arasında hərbi əməliyyatlarla müşaiyət olunan müharibə istisnadır. Çünki ABŞ cəsarət edib, müharibəyə başlaya bilməz. Eləcə də Çin ABŞ-a qarşı müharibəyə başlasa, kim tərəfindən zərbə alacağını müəyyən edə bilməyəcək.

Hesab edirəm ki, ABŞ-la Çin dil tapmağa məcburdur. Ona görə ki, Çin gec-tez geri çəkiləcək. Çünki Çinin idarəçilik metodu dollar üzərində qurulub, ABŞ isə dolların sahibidir. Çinin dünya üçün yeni valyuta yaratmağa imkanı yoxdur. ABŞ-ın uzunmüddət dünya idarəçiliyini öz əlində saxlamaq imkanları var. ABŞ-ın dünya idarəçiliyini itirməsi Tramp kimi üç şəxsin ardıcıl olaraq ABŞ prezidenti olması fonunda yarana bilər.

Gülşən ŞƏRİF

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Ən çox oxunanalar