Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fikrət Yusifov: “Dördüncü sənaye inqilabı ilə ayaqlaşmadan ölkənin iqtisadi tərəqqi əldə etməsi mümkün deyil”

Son zamanlar mətbuatda ən çox rast gəldiyimiz ifadələrdən biri də Dördüncü sənaye inqilabı ifadəsidir

Son olaraq, İsçevrədə baş tutan Davos Forumunda da əsas müzakirə mövzusu məhz Dördüncü sənaye inqilabı dövrünün tələblərinə uyğunlaşmaq idi.

Dördüncü sənaye inqilabı yeni texnologiyaların, robot mexanizmlərin, süni intellektik, internetə inteqrasiya olunmuş əşyaların dövrüdür. Azərbaycan bu dövrün tələblərinə uyğunlaşmaq üçün nə etməlidir? Yeni dövrə hazırlıq nə tələb edir?

Musavat.com-un suallarını cavablandıran sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, bəşəriyyət daha öncə üç sənaye inqilabına şahidlik edib:

“Bu inqilabın mahiyyəti və onu əvvəlki sənaye inqilablarından fərqləndirən əsas cəhətlərdən danışmazdan öncə, bəşər tarixində buna qədər baş vermiş üç sənaye inqilabının qısa bir xarakteristikasını versək bu oxucularımız üçün də maraqlı olar. Öncə onu deyək ki, baş vermiş bu inqilabların tarixi və onların xarakterini fərqləndirən əsas cəhətlər tarixdə müxtəlif müəlliflər tərəfindən müxtəlif formalarda izah edilib. İndiki zamanda da bu məsələ ilə bağlı müəlliflərin fikirləri üst – üstə düşmür. Lakin bütövlükdə bu inqilablar əsas xarakterik cəhətlərinə görə təsnifləşdirilirlər. Birinci sənaye inqilabı – 1760-cı illərdən başlayaraq XIX əsrin sonlarına qədər davam edib. Bu inqilab buxar maşınlarının kəşf edilməsi və bundan sonra parovozların meydana gəlməsi, dəmir yollarının salınması ilə tarixə düşüb.İkinci sənaye inqilabı - öz başlanğıcını XIX əsrin sonlarından XX əsrin əvvəllərindən başlayaraq - elektrik enerjisinin yayılması və istehsal proseslərinin konveyr üsulunun tətbiq edilməsi ilə qoyub və ötən əsrin 60-cı illərinə qədər davam edib. Konveyr üsulunun tətbiqi ilə dünyada kütləvi məhsul istehsalına keçid bu mərhələnin ən xarakterik xüsusiyyətlərindən biri idi. Bəşəriyyətdə sənaye inqilabının üçüncü mərhələsi – XX əsrin 60-cı illərindən etibarən başladı və əvvəlki iki mərhələdən fərqli olaraq daha qısa bir ömür yaşadı. Bu mərhələnin əsas xarakterik cəhəti dünyada yarımkeçiricilərin sürətlə inkişafı ilə bağlı oldu. Yarımkeçiricilərin meydana gəlməsi personal kompüterlərin kəşfinə imkan yaratdı. Bundan sonra internet şəbəkəsi yayılmağa başladı. Bütün bu yeniliklər isə öz növbəsində istehsal prosseslərini avtomatlaşdırmağa imkan verdi”.

F.Yusifovun sözlərinə görə, dördüncü sənaye inqilabı üçün müxtəlif tarixlər qeyd edilsə də əslində o 2000-ci illərin əvvəllərindən etibarən başlayıb:

“Bu inqilabın mahiyyəti rəqəmsal texnologiyaların ortaya çıxması və onun bütün istehsal proseslərində istifadə olunmağa başlaması ilə bağlıdır. Bu gün dördüncü sənaye inqilabı nəticəsində meydana gəlmiş rəqəmsal texnologiyalar əvvəlki inqilablar dövründə yaranmış texnologiyalardan daha sürətlə yayılır. Dördüncü sənaye inqilabı kiberfiziki sistemlərin istehsala tətbiqi deməkdir. Dünyanın getdiyi bu yolda Azərbaycan bu sahədə işləri hansı səviyyədə qura bilib və hökumətin bununla bağlı strategiyasının əsası nədən ibarətdir kimi, bu suallar hər kəs üçün maraqlıdır. Azərbaycan Prezidenti dünyada gedən bu inqilabı proseslərə olduqca ciddi münasibət bəsləyir. Yetər ki, onun son illərdə keçirilən müşavirələrdə innovasiyalar, yeni texnologiyaların tətbiqi və nanotexnologiyalar əsasında məhsulların istehsalının təşkili ilə bağlı etdiyi çağırışlara bir nəzər salınsın. Prezidentin bu məsələlərə verdiyi önəm onun çıxışlarının birində səsləndirdiyi bu fikirlərdə tam əksini tapıb: “Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər”.

Sabiq nazir qeyd etdi ki, bu kontekstdə Azərbaycan Prezidentinin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə keçirdiyi görüş xüsusi əhəmiyyət kəsb edir:

“Çünki bu görüşdə Azərbaycan Hökuməti ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməli qoyulan addım atıldı. Azərbaycanla Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi. Müasir dövrdə dördüncü sənaye inqilabı ilə ayaqlaşmadan, onun nəticələrinin ölkənin iqtisadi müstəvisinə gətirmədən, hər hansı bir ölkənin iqtisadi tərəqqi əldə etməsi mümkün deyil. Bu artıq reallıqdır. İnkişaf etmiş ölkələrin bu sahədəki uğurları göz qabağındadır. Bu yolda onlarla ayaqlaşmağı bacaracaq inkişaf etməkdə olan hər bir ölkə gələcək iqtisadiyyatının uğurlu təməlini düzgün formalaşdırmış olacaqdır. Azərbaycan Prezidenti bunun fərqindədir. O, bu nailiyyətlərin tezliklə ölkənin iqtisadi sferasında işləməsinin nə demək olduğunu çox yaxşı bilir...”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar