Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O vaxt Atatürk və Lenin, indi isə Ərdoğan və Putin” - Təkrarlanan tarix

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri və həmkarı Vladimir Putinlə görüşü Ankara-Moskva müttəfiqliyinin Suriya və bütövlükdə region üçün böyük əhəmiyyət kəsb etdiyini göstərdi”

Bunu siyasi ekspert Zaur İbrahimli deyib.

Ekspert qeyd edib ki, bütün fikir ayrılıqlarına baxmayaraq, Rusiya-Türkiyə razılaşmalarının hər iki tərəf üçün əlavə dayaq nöqtəsi olması Ankara və Moskvada aydın dərk edilir:

“Bu ittifaq ABŞ başda olmaqla Qərb koalisiyasının Yaxın Şərq regionunu yalnız öz maraqlarına uyğun şəkildə dizayn etmək planlarının üstündən xətt çəkdi. Türkiyə növbəti dəfə Avrasiya platformasında böyük qonşuları ilə ittifaq yaradaraq onu son dərəcə gücdən salmaq planlarını poza bildi.

Ankara 220 il əvvəlki kimi Şərq bloku yarada bildi. 1799-cu ildə də Türkiyə Fransanın Misirə hücumundan ehtiyatlanaraq, Rusiya ilə sazişə girmiş, ilk dəfə Qara dənizi bölməyə razılıq vermişdi. Bu saziş indi olduğu kimi, 19-cu əsrin başlanğıcında hər iki ölkə üçün geosiyasi sığortalanma imkanları yaratmışdı. Zaman dəyişir, siyasi sistemlər dəyişir, amma geosiyasi imperativ öz qüvvəsində qalır”.

Zaur İbrahimlinin sözlərinə görə, indiki halda Rusiya-Türkiyə-İran ittifaqı Yaxın Şərqdə ABŞ-İsrail ittifaqına (Qərb koalisiyası) qarşı müqavimət sipəri rolunda çıxış edir: “Əsrlər əvvəl rus-türk ittifaqı kimi. Atatürk və Lenin də bu geosiyasi imperativi yaxşı başa düşürdülər”. (Teleqraf.com)

pia.az


Etiket: Atatürk Lenin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar