Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ kəşfiyyatı hesabat açıqladı

“Rusiya Amerika ilə bir çox regionlarda toqquşa bilər”

Rusiyanın nüfuz dairəsini genişləndirmək cəhdləri, Çinin ordusunu modernləşdirməsi Birləşmiş Ştatların qarşısında duran “çeşidli” təhdidlərdir.

PİA.AZ Azadlıq radiosuna istinadən bildirir ki, bu haqda ABŞ kəşfiyyatının yanvarın 22-də Vaşinqtonda açıqladığı hesabatda söz açılır. Milli Kəşfiyyat Strategiyası hesabatı hər dörd ildən bir yayılır. Hesabatda Şimali Koreyanın nüvə silahları fəaliyyəti, Birləşmiş Ştatların düşmənlərinin kiber bacarıqlarını gücləndirməsi, qlobal siyasi sabitsizlik də potensial təhdidlər kimi sadalanır.

Bu sənəd ABŞ-ın 17 kəşfiyyat agentliyi üçün rəhbər strategiya sayılır və növbəti dörd il ərzində ölkənin kəşfiyyat cameəsinin strateji istiqamətini müəyyənləşdirəcək. Hesabatda qeyd olunur ki, Birləşmiş Ştatlar “getdikcə mürəkkəbləşən və qeyri-müəyyən dünyayla üzləşir, bu dünyada təhdidlər getdikcə fərqli miqyas alır, qarşılıqlı əlaqəli olur”.

Milli Kəşfiyyatın direktoru Dan Coats sənədə əlavə olunmuş məktubunda yazır ki, ABŞ kəşfiyyat agentlikləri “təlatümlü və mürəkkəb” mühitə reaksiya verməkdən ötrü adaptasiya olmalıdırlar. “Yerli və qlobal mühitdə ciddi dəyişikliklərlə üzləşirik. 21-ci əsrin problemləri ilə üzləşməyə hazır olmalı, yaranan təhdidləri və imkanları tanımalıyıq”, – Coats deyib.

O, ABŞ kəşfiyyatının agentliklər arasında əməkdaşlığı təkmilləşdirməsinin, daha innovativ olmasının vacibliyini vurğulayıb. Coats deyir ki, agentliklər ictimaiyyətin onların işinə inamını qaldırmaqdan ötrü şəffaflığı artırmalıdırlar. Hesabatda təhdidlər səviyyəsinə görə sıralanmır.

Ancaq birinci bölüm “ənənəvi düşmənlər”in yaratdığı təhdidlərə həsr olunub, bu düşmənlərin 2-ci Dünya Müharibəsindən sonrakı beynəlxalq düzənin zəifləməsindən, Qərbdə təcridetmə tendensiyalarının artmasından faydalandığı vurğulanır. “Rusiyanın nüfuz və təsir dairəsini genişləndirmək cəhdlərinin artacağı görünür və bu, Birləşmiş Ştatların bir çox regionlarda məqsəd və prioritetləri ilə toqquşa bilər”, – hesabatda deyilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar