Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hüseynqulu Bağırovun Bakıdakı oteli ilə bağlı deyilənlər həqiqətdirmi?

Otel şəxsən H.Bağırova yox, onun ailə üzvləri tərəfdən idarə olunan Qərbi Kaspi Universiteti ilə Otelçilik Məktəbinə aiddir

Son günlər keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov barədə bir sıra media orqanlarında xaricdə əmlaklara sahib olması ilə bağlı materiallar dərc olunur. Keçmiş nazirin təsisçisi olduğu Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin bir neçə gün öncə verdiyi açıqlamada bu materilların həqiqəti əks etdirmədiyi, ziddiyyətli, uydurma məlumatlar üzərində qurulduğu əsaslandırılıb.

Yanvarın 14-də yayılan başqa bir materialda isə H.Bağırovun ögey xalası oğlu Abbas Zeynalovun iddiaları əks olunurdu. A.Zeynalov deyir ki, H.Bağırovun ailə üzvlərinə məxsus olan “Central Park" otelinin tikintisini birgə həyata keçiriblər, ancaq sonradan H.Bağırov çəkdiyi xərcləri qarşılamadan A.Zeynalovu kənarlaşdırıb. Eyni zamanda iddia olunur ki, keçmiş nazir A.Zeynalovun "Orman" adlı mövsümi istirahət mərkəzini sökdürüb.

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı bir sıra detalları aydınlaşdıra bildik.

Məlum oldu ki, A.Zeynalov Quba rayonunda Meşə İdarəsinin ərazisində “Orman” adlı istirahət mərkəzi qurub. Ancaq fəaliyyət göstərdiyi dövr ərzində heç bir vergi və icarə haqqı ödəməyib. Ekologiya Nazirliyinin əməkdaşları ondan qanuni müqavilə bağlamasını tələb etdikdə isə nazirin qohumu olduğunu, heç bir müqavilə bağlamayacağını bildirib. Belə halda, H.Bağırov müvafiq strukturlardan qanunun tələblərinə uyğun tədbir görülməsini istəyib. Nəticədə, A.Zeynalovun obyekti qanunsuz fəaliyyət göstərdiyi üçün sökülüb.

Bununla bağlı A.Zeynalovun müraciəti müvafiq qurumlar tərəfindən araşdırılıb və onun iddiaları əsassız hesab olunaraq təmin olunmayıb.

“Central Park” adlı otelin tikintisi zamanı orada 80-dən artıq çoxillik ağacın kəsilməsi, A.Zeynalovun oranın tikintisində pay sahibi olması barədə deyilənlər də yuxarıdakı fakt qədər “mötəbərdir”.

Əməkdaşımız “Central Park” otelinin tikintisini həyata keçirmiş “MZE inşaat” otelinin rəhbəri Adil Tağıyevin məsələyə münasibətini öyrənib. Sitat: “Abbas Zeynalovun açıqlamasını mən də oxudum. O adamı tanımıram, tikinti gedən vaxtı da elə bir adama rast gəlməmişdim. Bizim şirkətlə müqaviləni Qərb Universiteti və onun Otelçilik Məktəbi bağlamışdı. İndi bu adam hardan çıxdı bilmirəm. Bir də ki, Abbas deyir ki, orda 80-dək ağac kəsilib. Gülməlidir. Həmin ərazidə ümumiyyətlə, heç bir ağac olmayıb, orada köhnə, yararsız bir bina yerləşirdi, o bina söküldü və yerində otel tikildi. Hüseyn Bağırov mənim nə dostumdur, nə də qohumum. Ancaq haqqı demək lazımdır”.

Digər bir tərəfdən bu otel şəxsən H.Bağırova yox, onun ailə üzvləri tərəfdən idarə olunan Qərbi Kaspi Universiteti ilə Otelçilik Məktəbinə aiddir.

“Central Park” adlı otelin tikintisini sifariş verən Qərbi Kaspi Universiteti və Otelçilik Məktəbindən faktı əməkdaşımıza təsdiqləyərək bildirdilər ki, otelin tikintisi bu iki müəssisə ilə “MZE inşaat” birgə həyata keçirib və bu tikintidə Abbas Zeynalov adlı şəxs ümumiyyətlə iştirak etməyib, heç bir pay sahibi də deyil. (Moderator.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar