Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Amazon”nun sabiq işçisi Trampa təhdid məktubu göndərdiyini etiraf edib  

Amerikanın "Amazon" korporasiyasının ABŞ prezidenti Donald Tramp və dövlətin keçmiş liderləri də daxil olmaqla bir çoxlarına 150-dən çox təhdid dolu məktub göndərən keçmiş əməkdaşı məhkəmədə günahını etiraf edib

Bu barədə şənbə günü "Fox News" telekanalı məlumat yayıb.

Bildirilir ki, Kaliforniya ştatının 34 yaşlı sakini Kao Sün etiraf edib ki, o, 2017-ci ildə sui-qəsd təhdidləri ilə dolu məktublar göndərməyə başlayıb. Belə məktublar, xüsusilə Trampın adına onun Nyu-Yorkda yerləşən "Trump Organization" ailə şirkətinə, Barak Obama və Kiçik Corc Buş da daxil olmaqla bir sıra keçmiş ABŞ prezidentlərinin ünvanına, həmçinin Federal Təhqiqatlar Bürosunun (FTB) şöbəsinə və bır sıra digər idarələrə göndərilib.

"Fox News"un məlumatına görə, bəzi məktubların içində ağ toz olub ki, sonda onların adi un olduğu ortaya çıxıb. Bir sıra məktublarda guya partlayıcı qurğuların qoyulduğu deyilib. Məktublar, xüsusilə Dallas beynəlxalq aeroportuna (Texas ştatı) və "Yahoo" şirkətinin Kaliforniyadakı baş qərargahına ünvanlanıb. Kao Sün 2017-ci ilin noyabrında FTB-nin Bostondakı (Massaçusets ştatı) ofisinə yazdığı məktubda 1 milyon dollar məbləğində ödəniş tələb edib.

Müttəhimin vəkili müştərisinin yüngül formada ruhi xəstəlikdən əziyyət çəkdiyini bildirib. Hazırda onu 10 ilədək həbs cəzası gözləyir.

Daha əvvəl Almaniya və İspaniyada “Amazon” şirkətinin əməkdaşları işə çıxmaqdan imtina ediblər.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hürriyət: ABŞ Türkiyə ilə sərhəddə "kiçik İsrail" yaradır...

Ayxan Hacızadə Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə iddialarına münasibət bildirib

XİN: Aİ nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaqdır

Türkiyə "Altay" tankının seriya istehsalına başlayıb

Xoşbəxt yaşayan həyat yoldaşlarının 5 əsas vərdişi

Sodanın pomidor üçün faydaları – Maraqlıdır

Rusiya Paşinyanla açıq müstəvidə mübarizəyə keçir?

Natiq Cəfərli: Çörəyin qiymətində artıma gediləcək...

Məktəblərdə cinsi tərbiyə dərsi tədris ediləcək?

Ən çox oxunanalar