Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Gömrük İdarəsi irəli sürülən iddialara münasibət bildirib

Dövlət Gömrük Komitəsi bir sıra Kütləvi İnformasiya Vasitələrində Bakı Baş Gömrük İdarəsinin sahibkarlara maneələr yaratması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

PİA.AZ xəbər verir ki, Baş Gömrük İdarəsinin açıqladığı bəyanatda sahibkarlara “maneələr” yaradılması ilə bağlı iddiaların əsassız olduğu qeyd olunub:

Bir sıra kütləvi informasiya vasitələrində Bakı Baş Gömrük İdarəsinin sahibkarlara “maneələr” yaratması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Belə ki, məlumatda Adil Haqverdiyev adlı şəxs Türkiyədən mebel idxal etdiyini və həmin mebelin gömrük rəsmiləşdirilməsi zamanı həyata keçirilən qiymtləndirmə prosesində malın dəyərinin süni şəkildə artırıldığını iddia edir.

Qeyd edək ki, Aqil Haqverdiyevin ölkəyə idxal etdiyi mebelin qiymətləndirilməsi zamanı malın dəyərindən aşağı göstərildiyi müəyyən edilib və qanunvericiliyə uyğun olaraq qiymətləndirmə aparılıb. Eyni zamanda, bununla əlaqədar ekspertiza təyin olunub və ekspert rəyi də gömrük orqanlarının malların dəyərindən aşağı göstərildiyinə dair şübhələrini təsdiqləyib.

Aqil Haqverdiyevin Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi ilə görüşə bilməməsi iddialarına gəlincə isə o, üç dəfə Bakı Baş Gömrük İdarəsinin rəis müavini, iki dəfə isə BBGİ Gömrük əməliyyatları idarəsinin rəisi ilə görüşüb, ona qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının haqlı tələbləri ilə bağlı izahat verilib.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, ölkəmizin gömrük orqanları daim qanuni ticarətin yanındadır və gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları tərəfindən malların dəyərinin azaldılmasına qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Lənkəran Gömrük Postunun rəisi dələduzu himayə edir? - İddia

Ən çox oxunanalar