Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "Müstəqil ölkələrə münasibətdə riyakarlığa yol verilir"

"Qərbin ikiüzlü, ikili standartlar siyasəti yeni müstəviyə qədəm qoyub"

"İnsanlar əvvəllər elə bilirdilər ki, doğrudan da demokratik dəyərlər, insan hüquqlarının müdafiəsi, söz və fikir, vicdan azadlığı hamısı Qərbdədir. Ancaq biz görürük ki, bu, qətiyyən belə deyil".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı da deyib ki, insanlar artıq söz və mətbuat azadlığından başqa dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini anlayırlar:

“Bəzi dairələr söz və mətbuat azadlığından bir alət kimi istifadə edirlər. Məsələn, Fransada bir aydan çoxdur kütləvi iğtişaşlar baş verir. Müxtəlif insan qrupları öz fikirlərini ifadə etmək istəyirlər. Onlara qarşı hansı zorakılıqların edildiyni görürük.

Ancaq Azərbaycanda heç bir hadisə baş vermədən, məsələn, hansısa jurnalistin vergini niyə ödəmədiyini soruşduqda az qala bütün dünya ayağa qalxır. Dərhal deyirlər ki, Azərbaycanda insan hüquqları pozulur, sərbəst toplaşmaq azadlığına məhdudiyyət qoyulur və sair”.

M.İbrahimqızı əlavə edib ki, dünyanın aparıcı beynəlxalq təşkilatları böyük dövlətlərdə baş verən zorakılıqları görmürlər:

“Bu mənada Avropada Azərbaycan kimi müstəqil, qətiyyətli siyasət yürüdən ölkələrə münasibətdə ciddi ədalətsizlik edilir, ikili standartlara yol verilir. Hətta mən deyərdim, riyakar bir siyasət aparılır. Kiçik bir hadisə baş verəndə az qalırlar onu beynəlxalq təşkilatların hesabatlarında əks etdirsinlər. Artıq Azərbaycan cəmiyyəti başa düşür ki, ölkəmiz gücləndikcə ona olan təzyiqlər də artır. Hansı ölkə müstəqil siyasət yürüdürsə, hansı ölkənin başçısı xalqının maraqlarını müdafiə edirsə, o ölkəyə qarşı ədalətsiz, çirkin kampaniyalar aparırlar”.

Qeyd edək ki, dekabrın 24-də Rusiyanın məşhur “Rossiya 24” televiziyasında Prezident İlham Əliyevlə müsahibə yayımlanıb. Dövlət başçısı müsahibə zamanı bir sıra məsələlərə münasibət bildirib. O cümlədən Qərbin bəzi mətbuat orqanlarında ölkəmizlə bağlı yayılan əsassız yazılardan bəhs edib.

Dövlət başçısı qeyd edib ki, mətbuata Azərbaycanla bağlı yalançı təbliğat tullantılarının atılması şantaj və təzyiq göstərməyə cəhd edənlərin sevimli üsuludur. Prezident əlavə edib ki, Azərbaycanın inamlı, davamlı, təhlükəsiz və sabit inkişafı bizə ziyan vurmaq istəyənlərə ən yaxşı cavabdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar