Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada müəmmalı general ölümləri...

Sanki hərbi kəşfiyyat Beriya metodları ilə təmizlənir

Rusiyada general rütbəli şəxlərin şübhəli ölümləri bir çox siyasi ekspertin və medianın diqqətini cəlb edib. Bundan başqa bu cür “vaxtından qabaq vəfat etmələr” ordu dairələrində də ciddi narahatlığa səbəb olub.

Almaniyanın “Focus” jurnalının analitiki Boris Rayşuster son bir neçə ildə Rusiya Silahlı Qüvvələrində, xüsusilə hərbi kəşfiyyatda müşahidə olunan mübhəm ölüm hadisələrini araşdırıb.

Jurnalist Rusiya Baş Kəfşiyyat İdarəsinin rəisi, general-polkovnik İqor Korobovun qəfildən dünyasını dəyişməsinin hətta ordu sıralarında dolaşan xoşagəlməz şayiələri də gücləndirdiyini yazıb: “Korobovun dəfni ölümü qədər sirlə doludur. Ənənəvi olaraq Rusiya generallarının dəfn olunduğu Moskvaətrafı Mıtişi rayonunda yerləşən hərbi-memorial məzarlıqda basdırılmaq yerinə İqor Korobovu adi mülki şəxs kimi Troyekorovsk qəbirstanlığında toprağa tapşırdılar. Dəfn məsarisminə nə prezident Vladimir Putinin, nə də baş nazir Dmitri Medvedevin gəlməməsi generallar içində anlaşılmazlıq və ciddi narazılıqla qarşılanıb”.

Boris Rayşuster İ.Korobovun rusiyalı kəşfiyyatçı Sergey Skripal və qızının Böyük Britaniyada zəhərlənməsi (daha doğrusu, uğursuzluğa görə) və bununla da bütün dünyada başçılıq etdiyi qurumu məsxərə altına qoyduğu üçün rəhbərliyin gözündən düşdüyünü qeyd edir.

Yazıda İqor Korobovun sələfi, general İqor Serqunun da vəfatının sirlə əhatələndiyi vurğulanıb. Belə ki, rəsmi versiyada iki qız atası İqor Serqunun 2016-cı il yanvarın 3-də Podolskdakı bağ evində ürək tutmasından keçindiyi bildirilir. 59 yaşlı generalın heç vaxt ürəyi ilə bağlı problemi olmayıb. Lakin ABŞ-ın analitik-kəşfiyyat şirkəti “Stratfor” onun 2016-cı ilin yanvarın 1-də Livanda həlak olduğunu xəbər edib.

General-mayor Sergey Mişanin 2014-cü il iyulun 21-də öz kabinentində özünü güllələyib. İqor Serqunla Sergey Mişanini birləşdirən cəhət onların hər ikisinin Ukrayanın şərqində keçirilən işğal əməliyyatlarında fəal iştirak etmələridir.

51 yaşlı general-leytenant Valeri Asapov Suriyada həlak olub. Rusiyanın hökumət mediası onun ölümündə ABŞ-ı gnahlandırır.

2015-ci ilin dekabrın 27-də general Aleksandr Şuşukin qəfildən vəfat edib. Rəsmi versiya ənənəvidir: ürək tutması...

“Şuşukin Krımın işğalına rəhbərlik edib, ona görə də həmin vaxt həyata keçirilən bütün planlardan xəbərdar olub”, - deyə məqalədə yazılıb.

Ruisya hərbi hava desant qoşunları komandanı, general-polkovnik Andrey Serdyukovun isə Murmanskda keçirilən hərbi təlimlər zamanı avtomobil qəzasında ağır zədələrdən öldüyü bildirilir (rəsmi olaraq isə sağ olduğu göstərilir).

Rayşuster bəzi ekspertlər tərəfindən bütün bunların Rusiya hərbi kəşfiyyatı içində aparılan təmizləmələr kimi qiymətləndirildiyini də qeyd edib. (musavat.com)

pia.az


Etiket: Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar