2018-ci ildə Azərbaycandakı 35 seysmotelemetrik stansiyalar vasitəsilə 7000-ə yaxın zəlzələ qeydə alınıb
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabatında qeyd edilib.
Baş verən zəlzələlərdən 4000-ə yaxını Azərbaycan və ona bitişik ərazilər, 3000-ə yaxını isə uzaq zəlzələlərdir.
Azərbaycan ərazisində 3346 zəlzələ qeydə alınıb ki, onlardan ən güclüsü iyun ayında Zaqatalada baş verən maqnitudası 5.5 olan zəlzələ olub.
Bu zəlzələ episentrdə 6 bal, ətraf ərazilərdə 3-4 bal gücündə hiss olunub. Hesabatlarda il ərzində respublika ərazisində seysmik aktivlik, zəlzələ ocaqlarının vəziyyəti, baş verən zəlzələlərin mexanizmləri və s. kimi məsələlər haqqında ətraflı məlumatlar verilib.
pia.az