Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: “Qızıl top”u Luka Modriç alacaq

Xorvatiyalı futbolçunun ən yaxın izləyicilərini böyük üstünlüklə qabaqladığı bildirilir

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatını qazanacaq futbolçunun adı açıqlanıb.

“Report” xəbər verir ki, İspaniyanın “Onda Cero” radiosu həmin oyunçunun “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç olduğunu əminliklə vurğulayıb. Xorvatiyalı pleymeykerin, səsvermənin nəticələrinə əsasən, ən yaxın izləyicilərini böyük üstünlüklə qabaqladığı bildirilir.

Məlumata görə, ikinci yeri İtaliya “Yuventus”unun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu tutacaq. İspaniya “Atletiko”sunun fransalı forvardı Antuan Qrizmann isə üçüncü olacaq.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək. Luka Modriç iki ay öncə FIFA-nın keçirdiyi sorğuda ilin ən yaxşı futbolçusu seçilib və “The Best” mükafatına layiq görülüb. O, 2018-ci ildə “Real Madrid”lə Çempionlar Liqasını qazanıb və Xorvatiya millisinin heyətində dünya ikincisi olub.

pia.az


Etiket: Qızıl top

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Ən çox oxunanalar