Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili: “Güzəştli ipoteka təkcə dövlət quluqçularına şamil edilməməlidir”

Güzəştli ipoteka təkcə dövlət quluqçularına deyil, həm də müəllimlərə, həkimlərə, mədəniyyət, incəsənət xadimlərinə, yaradıcılıqla məşğul olan şəxslərə şamil edilməlidir

Bunu Milli Məclisin deputatı Jalə Əliyeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat qeyd edib ki, internat məktəblərində böyüyən gənclərin ev və işlə təmin olunması, ailə münaqişəsi nəticəsində küçələrdə qalan uşaq və qadınlar üçün siğınacaqların tikilməsi, icbari tibbi sığorta üçün əlavə vəsaitin ayrılması məqsədəuyğundur: "Mədəniyyət bir ölkənin pasportudur. Çünki mədəniyyət bir çox sahələri özündə birləşdirir. Əlbəttə, mədəniyyətə daha çox diqqət ayrılmalıdır. Büdcədən kino yaradıcılığına ayrılan vəsait yetərli deyil. Kino sahəsinə daha çox diqqət ayırılmalıdır. İstər bədii, istərsə də sənədli filmlər olsun, illər keçdikcə ölkəmizi tanıdan bir vasitəyə çevrilir. Ölkənin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirir. Dünya səviyyəli filmlərin çəkilməsi üçün büdcədən daha çox vəsaitin ayrılmasına ehtiyac var".

J.Əliyeva vurğulayıb ki, bütün məsələlərin həllini sadəcə dövlətdən gözləmək olmaz: "İş adamları və özəl şirkətlər bu məsələdə aktiv olmalıdır. Mədəniyyət nazirimiz komitə iclaslarında mədəniyyət sahəsində sponsorluq məsələsinə toxunub. Dövlət özəl sektora kifayət qədər gözəl şərait yaradır. Özəl müəssisələr də bu məsələlərdə dövlətə yardımçı olmalıdır".(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar