Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Külli miqdarda aksiz markasız içkilər aşkar edilib

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə “VAZ 21074” markalı avtomobildə aksiz markasız spirtli içkilərin olduğu barədə məlumat daxil olub

Komitədən Azvision.az-a verilən məlumata görə, nəqliyyat vasitəsi Gəncə şəhəri istiqamətinə hərəkət edərkən gömrükçülər tərəfindən saxlanılıb. Avtomobilin yük yerinə və salonuna ilkin baxış keçirilən zaman orada sellofan torbalarda spirtli içkilər olduğu müəyyən edilib. Ətraflı baxış keçirilməsi üçün avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinə gətirilib.

Yoxlama zamanı avtomobilin yük yerində sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, 1 litrlik ölçülərdə 44 ədəd “Nemirovskaya”, 12 ədəd “Nemiroff (Wheat)”, 8 ədəd “Nemiroff (Birch)”, 4 ədəd “Nemiroff (Honey Pepper)”, 7 ədəd “Xlibniy Dar”, 4 ədəd “Royal Park”, 4 ədəd “Claymore”, 4 ədəd “MacArthurs”, 4 ədəd “Black Ram”, 2 ədəd “King Robert”, 2 ədəd “JoAN Barr”, 2 ədəd “Heaven/Hill”, 2 ədəd “Ballantines”, 0.5 litrlik ölçülərdə 2 ədəd “Jagermeister”, 7 ədəd “Nemiroff (original)”, 200 ml litrlik ölçülərdə 6 ədəd “Black Ram”, 6 ədəd “Red Label”, 3 litrlik ölçülərdə 2 ədəd “Kindzmarauli”, 5 litrlik ölçülərdə isə 2 ədəd “Kindzmarauli” adlı spirtli içkilər aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Lənkəran Gömrük Postunun rəisi dələduzu himayə edir? - İddia

Ən çox oxunanalar