Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-dan İrana yeni zərbə: Vaşinqton Tehranı çökdürmək istəyir 

Sabahdan etibarən ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə başlayır. Eyni zamanda, Vaşinqtonun İrana qarşı reallaşdırdığı, lakin son aylar "zəifləmiş" bütün sanksiyalar yenidən bərpa olunur

ABŞ-ın Maliyyə Nazirliyinin hazırladığı sanksiyalar siyahısı Federal Registrin saytında yerləşdirilib.

Qərara görə, avqustun 7-dən sonra İranın hakimiyyət dairələri və hökuməti, habelə İranın Iranian Oil Company (NIOC) və Naftiran Intertrade Company dövlət şirkətləri ilə hər hansı formada əlaqəli olan bütün şəxslərlə şirkətlərin Birləşmiş Ştatlardakı aktivləri dondurulacaq.

Analoji addımlar İranın Mərkəzi Bankı ilə əlaqəli şəxslərlə şirkətlərə noyabrın 5-dən etibarən tətbiq olunacaq.

Fəqət, İrandan neft idxal edən ölkələr arasında 8 dövlətə müvəqqəti istisnalar olacaq.

Vaşinqtonun məqsədi İranı seçim qarşısında qoymaqdır: ya İran nüvə proqramından əl çəkərək Qərbin şərtlərini qəbul etməli, ya da iqtisadi və maliyyə fəlakəti ilə barışmalıdır.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin dediyinə görə, Vaşinqton sanksiya siyahısına 700 şirkəti daxil edib.

ABŞ prezidenti Donald Tramp Twitter-dəki profilində məşhur "Game of Thrones" teleserialı stilində tvit paylaşıb.

Tramp fotosunu paylaşaraq üzərinə "Sanctions are coming" ("Sanksiyalar gəlir") yazıb. Bu ifadə teleserialın sloqanı olan "Winter is coming" yazıb.

İranın nüvə proqramının dayandırılması ilə bağlı yaradılmış "Altılığın" tərkibini bu ilin mayında tərk edən ABŞ İrana qarşı sanksiyalar birtərəfli qaydada tətbiq edib. Ağ Ev bəyan edir ki, İranın neft ixracını sıfıra endirmək niyyətindədir.(Milli.Az)

pia.az


Etiket: ABŞ İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar