Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rahib Branson: "Ürəyimiz Türkiyədə qaldı"

Türkiyədə terrorla əlaqəli ittihamlar səbəbilə təxminən il həbsdə qalandan sonra bu ay azadlığa buraxılan amerikalı rahib Endrü Branson “Amerikanın Səsi” – nin Türkiyə xidmətinə müsahibə verib

Həyat yoldaşı Norin Bransonla birlikdə kamera qarşısına keçən Endrü Branson Türkiyədəki təcrübələrindən, həbsindən və azadlığa buraxılmasından, eləcə də Türkiyəyə olan həsrətindən və barəsindəki ittihamlardan danışıb. Branson İslamçı missioner olaraq adlandırdığı Fəthullah Gülən qrupuna aid insanlarla heç bir əlaqəsinin olmadığını, onlarla salamlaşmadığını belə söyləyib.

Həbs olmadan əvvəl 23 il boyu Türkiyədə yaşadığını və hər zaman kilsə xidmətində çalışdığını, heç nəyi gizlətmədiyini vurğulayan Branson “ittihamnaməni oxuyanda inanmadım, bu inanılmaz bir şey idi. 23 ildir polis məni təqib edir. Heç nəyə şahid olmur. Birdən birə belə çıxır ki, mən hər şey etmişəm”, deyib.

İlk aparıldığını cəzaçəkmə müəssisəsində FETÖ-çuların kamerasına salındığını, 8 nəfərlik kamerada 20-22 nəfərin qaldığını söyləyən Branson, “özümü çox yalnız hiss etdim. İlk 6 ayda təxminən 22 kilo arıqladım. Çox stressli idim. Çox qorxdum” deyib. Branson yaşadığı bu hadisələrin onun Türkiyəyə olan sevgisinə təsir göstərmədiyini vurğulayaraq, “bizim ürəyimiz Türkiyədə qaldı” deyib. Branson heç vaxt Türkiyənin zərər görməyini istəmədiyini bildirib.

pia.az


Etiket: Bronson Türkiyə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Ən çox oxunanalar