Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yaşayışın dəyəri hesablandı

Dünyanın ən nəhəng məlumat bazası sayılan “Numbeo” beynəlxalq portalı müxtəlif ölkələrdən olan istifadəçilərin informasiyaları əsasında Bakıda həyatın dəyərini hesablayıb

Nəşrin məlumatlarına əsasən, Bakıda dörd nəfərdən ibarət ailə ay ərzində 2353 manat xərcləyir və buraya kirayə haqqı daxil deyil.

Yalnız insanlara 657 manat qazanc əldə etmək kifayətdir.

Araşdırmada göstərilir ki, Bakıda həyatın dəyəri indeksi Nyu-Yorkdan 70,10% azdır.

Bundan sonra araşdırmada müxtəlif mallar və xidmətlərin orta qiyməti açıqlanıb. Belə ki, yerli pivənin 0,5 litri təxminən 1,5 manat təşkil edir. Xaricdən gətirilən pivə isə 2,5 - 6 manat arasında dəyişir.

Südün bir litri 1,2 - 2 manat arasındadır. Düyünün qiyməti 2,28 manat, 12 ədəd yumurta isə 2,10 manatdır. Yerli istehsal olan pendirin 1 kiloqramı 5-9 manat, siqaretin bir qutusu təxminən 4 manatdır.

Nəqliyyatdan istifadə bir istiqamət üzrə 30 qəpikdir, taksi ilə gediş bir kilometrə görə 40-70 qəpik, pik saatlarda 1-3 manat arasında dəyişir.

85 kvadrat metr ərazisi olan mənzilin kommunal xidmətləri üçün təxminən 70 manat ödənilir. Şəxsi evlərdə bu rəqəm aylıq 250-600 manat təşkil edir.

Şəhərin mərkəzində kirayə evlər təxminən 525 manat, kənarlarda isə 268 manatdır.

Bakının mərkəzində yaşayış evləri bir kvadrat metrinə görə təxminən 2272 manat, kənarlarda isə 1020 manat təşkil edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

Elgizlə Rüfət üz-üzə: "Səni yıxıb sürüyəcəm"

Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçilib

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü - Foto

Bakıda peyda olan azyaşlı dəstədən tükürpədən olay: Qanlı kağıza təhdid yazıb həyətlərə atdılar

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanların növbəti məhkəmə iclası keçirilib

Bakıda küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - Faktiki hava + Yenilənib

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib

Qaxa dolu düşüb, meyvə ağaclarına ziyan dəyib

Ən çox oxunanalar