Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçrə polisi İslam Kərimovun qızının var – dövlətinə əl qoyur

38 milyonluq əmlak qeyri-qanuni elan edilib

İsveçrənin hüquq-mühafizə orqanları Özbəkistanın birinci Prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın Cenevrədəki mülkündən 38 milyon frank dəyərində qiymətli əşyalar – qızıl saatlar və zərgərlik məmulatları aşkar edib.

AZƏRTAC Özbəkistan KİV-nə istinadla bildirir ki, İsveçrə polisi fantastik qiyməti olan boyunbağı və böyük qırmızı brilyant qaşlı üzüyün qeyri-qanuni yolla əldə olunduğunu iddia edir.

Qeyd olunur ki, 2008-ci ildən 2013-cü ilədək Özbəkistanın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı nümayəndəsi olan Gülnarə Kərimova 2013-cü ildə ölkəsindən külli miqdarda pul çıxarmaqda şübhəli bilinib, onun haqqında cinayət işi açılıb. Daha sonra o, geri çağırılıb, diplomatik toxunulmazlıqdan məhrum edilib və hesabındakı 800 milyon frank dondurulub. 2015-ci ildə isə Gülnarə Kərimova dələduzluqda və vergidən yayınmaqda günahlandırılaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Stokholmda nəhəng “Tella” telekommunikasiya şirkətinin üç sabiq rəhbərinin işi üzrə keçirilən məhkəmədə isə bildirilib ki, 2007-ci ildən 2010-cu ilədək şirkət Özbəkistanda fəaliyyətlərini davam etdirmək üçün Gülnarə Kərimovaya 400 milyon dollar rüşvət verib.

Təsdiq olunub ki, iki cinayət işi üzrə Özbəkistana vurulan zərər 2 milyard ABŞ dolları təşkil edir.

Onu da deyək ki, Gülnarə Kərimovanın qızı İman Kərimova sosial şəbəkələrdə anasının artıq azadlığa çıxması haqqında statuslar yazsa da, Özbəkistan Baş Prokurorluğu onun hələ də həbsdə olduğunu bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar