Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cadu varmı və bu barədə Qurani-kərimdə nə deyilir?

Cadu vardır və onu inkar etmək düz olmazdı

Tarix boyunca cadu, sehr, tilisim və s. bu kimi əməllər mövcud olmuşdur. Lakin bu işlə məşğul olmaq haram və çox böyük günahlardandır. Cadu - bəzi təbiət qüvvələrinin və cinlərin yardımı ilə həyata keçirilir. Cadunun varlığının ən gözəl sübutu Qurani-kərimin 113-cü "Fələq" surəsidir. Cadu barədə hədislərdə də məlumatlar çoxdur. Məsələn, İmam Əli (ə) buyurub: "Göz dəymə haqdır (yəni vardır), əfsun haqdır, sehr haqdır, fal haqdır..." ("Nəhcul-bəlağə", 400-cü qısa kəlam).

PİA.AZ islam.az-a istinadən bildirir ki, yenə o həzrət buyurub: "Münəccim kahin kimidir, kahin sehrbaz kimidir, sehrbaz kafir kimidir, kafirin yeri isə cəhənnəm alovudur!" ("Nəhcul-bəlagə", 79-cu xütbə). Rəvayətə görə, bir gün bir qadın Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gəlib söylədi: "Ərim məndən soyuyub. Mən də onu özümə bağlamaq üçün bəzi işlər görmüşəm (yəni sehr etmişəm)". Peyğəmbər qəzəblənib buyurdu: "Vay olsun sənə! Öz dinini məhv etmisən! Allaha yaxın olan mələklər sənə lənət edir! Səmadakı mələklər sənə lənət edir! Yerdəki mələklər sənə lənət edir (Peyğəmbər bu sözləri 3 dəfə təkrar etdi)" ("Biharul-ənvar", cild 79, səh. 214).

Eyni zamanda cadudan qorxmaq da lazım deyil. Əvvəla, həqiqətən cadu bacaranların sayı çox azdır. Çoxu isə fırıldağçıdır. İkincisi, Quran, xüsusilə "Fələq" və "Nas" surələrini oxumaqla cadudan qorunmaq olar, inşAllah.

pia.az


Etiket: Cadu din

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Ən çox oxunanalar