Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Vəliyevin “sağ əli”rüşvətlə tutulub

Sabunçu İH-in Həbib adlı əməkdaşının evindən 280 min manat çıxdığı deyilir

Sabunçu Rayon İcra Hakimiyyətinin icra başçısı Adil Vəliyevin qoçusu kimi tanınan Həbib adlı əməkdaşı saxlanılıb

Bu barədə məlumat verən mənbənin sözlərinə görə, İH əməkdaşı 4 aya yaxındır həbs olunub. Bildirilir ki, Həbib (soyadını öyrənə bilmədik-red.) Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 20 min manat rüşvət alarkən saxlanıb.

Onun evindən 280 min manat vəsaitin götürüldüyü də saytımıza verilən məlumatlar arasındadır.

Qeyd edək ki, Həbin daha çox Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sağ əli kimi tanınıb. O, Sabunçu rayonu ərazisində tikintiyə nəzarət edən şəxs olub.

Haqqında şikayətlər çox olsa da, Həbib tanınmış hüquqşünas Aslan İsmayılovla yaranmış mübahisə zəminində gündəmə gəlib.

Xatırladaq ki, bir müddət öncə A.İsmayılov məlumat yayaraq Abbas Quliyev adlı Bakı sakininin Kürdəxanı qəsəbəsində 24 sot torpaq sahəsini hasara alması üçün Sabunçu İH-də Həbib adlı şəxsin vətəndaşdan hər sota görə 3000 manat rüşvət istəməsini bildirmişdi. Həmin proses sonda insidentlə nəticələnmişdi və vətəndaşın xahişi əsasında hüquqşünas məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlamışdı.

Mənbəmizin bizə bildirdiyinə görə, Həbibi rayon ərazisində tikinti fəaliyyəti ilə məşğul olan hər kəs tanıyır: “Bir adam daşı daş üstə onun icazəsi olmadan qoya bilməzdi. Amma necə deyərlər, su çanağı suda sındı və Həbib rüşvət üstündə yaxalandı”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.(AFN.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar