Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ Komitəsi sabah mitinq üçün toplanacaq

Akif Nağı: “Bizim məqsədimiz...”

Qarabağ Komitəsi 2-cı Qarabağ mitinqinin günü, yeri və şüarlarının birgə müzakirə edilib razılaşdırılması və keçirilməsi üçün 10 oktyabrda saat 11.00-da geniş tərkibdə toplaşacaq. Toplantı Qarabağ Azadlıq Təşkilatının ofisində olacaq.

Bu barədə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a məlumat verib. Toplantıya Qarabağ Komitəsində təmsilçiliyi olmayan 18 siyasi təşkilatın rəhbəri də (Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov, AMİP lideri Etibar Məmmədov, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, AMİP-in sədr əvəzi Arzuxan Əlizadə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Liberal Partiyanın sədri Əvəz Temirxan) rəsmi dəvət edilib.

Oktyabrın 8-də isə Qarabağ Komitəsinin İşçi qrupunun iclası olub. Növbəti mitinqlə bağlı müzakirə aparılıb, ümumi qərar verilsə də, əsas qərar Komitənin 10 oktyabrda keçiriləcək geniş iclasında veriləcək: “Bu gün üçün onu deyə bilərəm ki, Komitə mitinq və digər tədbirlərin davam etdirilməsində israrlıdır”.

“Parlamentin son iclasında Qarabağ mitinqinə qarşı hakim partiyanın deputatlarının sərt çıxışları oldu. Bu, növbəti mitinqə razılıq verilməyəcəyinin anonsu sayıla bilərmi” sualına Akif Nağı belə cavab verdi: “Milli Məclisdəki müzakirələr xoşa gələn olmadı. Hətta bəzi deputatlar əvvəlki fikirlərini də dəyişmişdilər. Biz Qarabağ məsələsində hər kəsin bir yerdə olmasına çalışırıq . Azərbaycan cəmiyyəti iqtidarlı müxalifətli, aşağılı-yuxarılı, sağlı-sollu Qarabağ məsələsi ətrafında bütövləşməlidir. Bizim məqsədimiz budur. Çətin bir məsələdir, anlaşılmazlıqlar da olacaq, buna normal yanaşırıq. Milli Məclisdəki bəzi deputatların münasibətini də anlaşılmazlıq hesab edirik. Ümid edirik ki, çətin də olsa məqsədimizə nail olacağıq və mitinq üçün növbəti müraciətə də müsbət cavab veriləcək”. (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar