Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda hər həftə verilən sual: Mahmud Əhmədinejad niyə həbs olunmur?

Fereşte Sadiqi

“Əl-Monitor”

İranın sabiq prezidenti Mahmud Əhmədinejad üçün avqust ayı çox gərgin keçib. O, Həsən Ruhaninin iqtisadi baxışını pisləyən videoçarx yayaraq və ABŞ prezidenti Donald Trampa məktub ünvanlayaraq, “yaşıl kartlar”ı olan İran rəsmilərinin adlarını açıqlamasına çağırışı etməklə, habelə ölkənin şimal-şərqindəki Gülüstan əyalətində sünni iranlılarla Qurban bayramı namazı qılması ilə gündəmdə olub.

Bütün bunlar onunla siyasi elita arasındakı gərginlik fonunda baş verib. Ruhaninin ilk prezidentlik dövründə səssiz qaldıqdan sonra Əhmədinejad ötən ildən administrasiya və İranın məhkəmə hakimiyyətinə söz müharibəsi elan edib. Onun siyasi fəallığının bərpası əslində, 2017-ci ilin prezident seçkilərindən başlayıb. Seçkilər ərəfəsində Ali Lider Ayətullah Əli Xamnəinin məsləhətini görməməzliyə vurduqdan sonra Nəzarətçilər Şurası Əhmədinejadı çıx-daş edib.

Keçən il Əhmədinejadın adamı Həmid Bəqayi korrupsiya ittihamı ilə əlaqədar 15 illik həbs cəzasına məhkum olunub. Sabiq prezident, baş hakim Sadiq Laricani də daxil olmaqla, bütün məhkəmə sisteminə müxalifliyini açıqlayıb.

Bu səyləri ilə yanaşı, Əhmədinejad yoxsul əhali arasında populyarlığını göstərən uzaq əyalətlərə səfərlər zamanı çəkilən videoçarxlar yayımlayıb. Onun məhkəmə və təhlükəsizlik xidmətlərinə qarşı şifahi hücumları ötən il dekabrın sonlarında və yanvar ayının əvvəlində nümayişləri təhrik etməsi ilə bağlı ittihamlanmasına əsas yaradıb.

Bundan sonra Əhmədinejad şifahi hücumlarının əksəriyyətini məhkəmə sisteminə yönəldib, eləcə də ötən aylarda rialın kəskin dəyərsizləşməsi ilə tənqidi açıqlamaları çoxalıb. Halbuki özünün prezident vəzifəsində olduğu son iki ilində İranın neft ixracatı və bank sisteminə yönəlmiş ABŞAvropanın sərt sanksiyaları ucbatından milli valyuta – rial 300% ucuzlaşıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Avqustun 9-da sabiq prezident 2013-cü ilin prezident seçkilərində “əsas namizədlərin kənarlaşdırılması”na görə Nəzarətçilər Şurasını tənqid edib. Həmin videoda o, hökumətin iqtisadi və xarici siyasətini, xüsusilə də nüvə sazişini, Ruhanidən tutmuş Məclis sədri Əli Laricaniyədək bütün siyasi liderləri qaralayıb: “İqtisadiyyat çökmə vəziyyətindədir, ictimaiyyətin sistemə güvəni sıfıra yaxındır, yoxsulluq və kütləvi narazılıq var”. Sabiq prezident xələfini “özünün və ölkənin xeyri” üçün istefa verməyə çağırıb.

Siyasi çevrələr istefa çağırışına vintləri sıxmaqla cavab veriblər. Əhmədinejadın de-fakto sözçüsü Əli Əkbər Cavanfekr qısa müddətə saxlanılıb və sərbəst buraxılıb. Tehran Prokurorluğu yüksək rütbəli məmurları təhqir etdiyinə görə Bəqayiyə qarşı cinayət işi açıb. Müalicədən sonra “Evin” həbsxanasına qayıdarkən, o, Sadiq Laricani və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat şefi Hüseyn Taibi “zalım” adlandırıb.

Avqustun 25-də isə Əhmədinejadın keçmiş müşaviri İsfəndiyar Rəhim Məşayinin məhkəmə iclası keçirilib. Məşayi milli təhlükəsizliyə qarşı fəaliyyətdə ittiham olunur. Proses zamanı həbsxana geyimini çıxararaq qəzəblə prokurora atan müttəhimin cinayət işi ilə əlaqədar ciddi suallar və şübhələr mövcuddur.

Mahmud Əhmədinejad yeni videoçarxında bu prosesi “siyasi motivli şou” kimi səciyyələndirib və bildirib ki, “hakimin düşüncəsinə əsasən, yuxarıdan aşağıya doğru bütün vəzifəli şəxslər günahkardırlar”.

Rəsmi veb-saytı bloklanmış sabiq prezident mesajlarını ötürmək üçün “Twitter” və “Telegram”dan istifadə edir. Onun yazıları çox vaxt qısa olur. Məsələn: “Siyasi dəyişikliklər yalnız cəmiyyətin bütün seqmentlərinin iştirakı ilə baş verir”; “İqtidar və varidat elitanın əlindədir və bu, korrupsiya və bərabərsizliyə gətirib çıxarıb”.

Sabiq prezidentin etirazı siyasi çevrələri çətin vəziyyətdə qoyub, Əhmədinejadı həbs və ya ev dustaqlığı riski altına qalır. Gələcəkdə oynaya biləcəyi rol – tapmacadır. Bəzi analitiklər hesab edirlər ki, İslam Respublikasının tənqidində “qırmızı xətlər”in adlanması onu ictimaiyyətin gözündə yeni mövqeyə qaldıracaq; digər müşahidəçilər isə hesab edir ki, “o, yalnız siyasi əhəmiyyətini sübut etməyə çalışır, küçədən aldığı dəstəyə güvənir”.

Tehran Universitetinin bir sosioloqu anonimlik şərti ilə deyib: “Gələcək illərdə daha çox etiraz və ictimai iğtişaş riski olduğu üçün Əhmədinejad özünü yoxsul və işsiz kütlənin müdafiəçisi kimi görür. Bu qruplar, ümumiyyətlə, cəmiyyətin kənarında dayanır, siyasi oyunları seyr edir və eyni zamanda, siyasi liderlərin qərarları nəticəsində iqtisadi sıxıntılardan daha çox əziyyət çəkirlər. Həmin kütləni heç kim görmür, ancaq onlar İran tarixinin kəsişməsində əhəmiyyətli qərarlar qəbul edənlərdir. Əhmədinejad həmin tarixi ana hazırlaşır”.

Demək olar ki, hər həftə jurnalistlər məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Möhsini Ejeiyə eyni sualı verirlər: “Əhmədinejad nə üçün mühakimə olunmur?” Cavab həmişə eynidır: “Bir gün bu xəbəri eşidəcəksiniz”.

Bəzi məlumatlı mənbələr anonimlik şərti ilə “əl-Monitor”a bildiriblər ki, məhkəmə hakimiyyəti və İİKK-nın təzyiqlərinə baxmayaraq, Xamnəi bu günə qədər Əhmədinejadın həbs olunmasına qərar verməkdən çəkinir.

Əhmədinejadın İranın siyasi zirvəsinə dönməsini təsəvvürə gətirmək çətindir. 2017-ci il prezident seçkilərindən göründüyü kimi, Keşikçilər Şurası onun vəzifəyə gəlməsinə icazə vermir. Bununla belə, Əhmədinejad bir neçə dəfə sübut edib ki, oyunu dəyişdirə bilir, xüsusilə də düşmənləri onun küncə sıxıldığına inandığı vaxt.

Aydındır ki, sabiq prezidentin gözlənilməzliyi onun ən güclü siyasi silahıdır.

Tərcümə: Strateq.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar