Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xalq Mehriban Əliyevanın təşəbbüslərini yüksək dəyərləndirir”

“Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, Vətənə bağlılıq duyğuları aşılamaq, onların böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək daim Mehriban xanım Əliyevanın diqqət mərkəzində olub”

“Mehriban xanımın I vitse-prezident təyin edildikdən sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi də bu qəbildən olan insanlara diqqət və qayğıdan xəbər verir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Azərbaycanın I vitse-prezidenti milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində geniş fəaliyyət göstərir: “Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin çox vacib istiqamətlərindən biri məhz Azərbaycanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanması, təbliğ edilməsi və dünya ictimaiyyətinə tanıdılmasıdır. Fondun dəstəyi ilə Azərbaycanın müxtəlif regionlarında onlarla tarixi-memarlıq, dini abidələr bərpa olunub. Bakıda məscidlər, kilsələr, sinaqoqlar təmir edilib.

Azərbaycan reallıqlarının beynəlxalq miqyasda təbliğ edilməsi, müsbət imicinin möhkəmləndirilməsi istiqamətində görülən işlər kontekstində Mehriban xanım Əliyevanın təşkilatçılıq fəaliyyətinə xüsusi toxunmaq gərəkdir. Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində nüfuzlu “Eurovision-2012” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları ölkəmizdə keçirildi”.

Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycanın birinci xanımının yüksək dəyərlərə söykənən çoxşaxəli fəaliyyəti nəinki ölkəmizdə, eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən də ən yüksək səviyyədə təqdir olunur: “Bunun göstəricisidir ki, Azərbaycanın birinci xanımı mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Bütövlükdə, hesab edirəm ki, Heydər Əliyev Fondunun fəaliyyəti ölkə miqyasına sığmır. Ona görə də fonda beynəlxalq status verilməlidir”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Deputat vurğulayıb ki, fondun ötən illərdə ortaya qoyduğu genişmiqyaslı fəaliyyət Azərbaycan xalqı tərəfindən dəstəklənir və fondun rəhbəri Mehriban Əliyevanın təşəbbüsləri yüksək dəyərləndirilir: “Fond ölkəmizdə tolerantlıq ənənələrinin möhkəmlənməsinə, Azərbaycanın dünyaya multikulturalizm, tolerantlıq, dözümlülük məkanı kimi təqdim edilməsi yönündə həyata keçirilən işlərə də mühüm dəstək verir. Yəni Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycan xalqı və dövlətinin maraqları üzərində qurulub.

Fondun fəaliyyəti çoxşaxəli olmaqla yanaşı, eyni zamanda, o, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Xüsusilə fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib. Bunun nəticəsində də dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyırlar”.

pia.az 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar