Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyaya qarşı daha sərt addımlar atıla bilər” - Fikrət Yusifov

“Helsinki görüşündən sonra Rusiyanın hakimiyyət dairələrində bir eyforiya yaranmışdı və bu görüşdən məmunluq o səviyyəyə çatmışdı ki, ruslar az qala Trampı Rusiyanın dostu elan etmək istəyirdilər”

Bu sözləri sabiq maliyyə naziri, iqtisadçı-doktor Fikrət Yusifov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını PİA.az-a şərh edərkən söyləyib. Fikrət Yusifov hesab edir ki, bu sanksiyaların birinci mərhələsi bir o qədər ağır olmasa da, 90 gündən sonra tətbiq olunması nəzərdə tutulan sanksiyalar Rusiya üçün çox ağır nəticələrə gətirib çıxara bilər.

Xatırladaq ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiya anonsu Rusiya siyasətinin əsas müzakirə mövzusu olaraq qalmaqda davam edir. Dünən yeni sanksiyaları şərh edən Rusiya Federasiyasının (RF) Baş naziri Dmitri Medvedev Vaşinqtonun planladığı iqtisadi sanksiyaları Rusiyaya qarşı iqtisadi müharibənin elan olunması kimi qiymətləndirib. Artıq qüvvədə olan sanksiyalar barədə suala cavab verərkən Medvedev izah edib ki, bu, Rusiyanın «iqtisadi gücü»nün məhdudlaşdırılmasına bir cəhddir, məhdudlaşdırılmanın real məqsədi isə Rusiyanı beynəlxaq səhnədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəqibləri siyahısından vurub çıxartmaqdan ibarətdir.

Rusiya hökümətinin başçısı həm də etiraf edib ki, gələcək sanksiyalar barədə ehtimalları şərh etmək istəməzdi. Ancaq bildirib ki, bir məsələ aydındır: bankların fəaliyyətinin qadağan olunması və ya bu və digər valyutalardan istifadə olunması kimi məsələlər ortaya çıxarsa, o zaman yaranacaq vəziyyəti iqtisadi müharibə adlandırmaq olar. “Bizim ölkəmiz son yüz ildə daim sanksiya təzyiqi altında mövcud olub” – deyə, hökumət başçısı fikrini tamamlayıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd edək ki, avqustun 8-də ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nolet Rusiyaya qarşı yeni sanksiyaların anonsunu verib. Hizer Nolet ABŞ Dövlət Departamenti adından elan edib ki, avqustun 22-dən etibarən Moskvaya qarşı Rusiyanın Solsberidə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq yeni sanksiyalar qüvvəyə minəcək. Bu sanksiyalar əsasən Rusiyaya ABŞ istehsalı olan elektron cihazların satılmasını qadağan edir. 90 gün sonra qüvvəyə minəcək ikinci sanksiya dalğası isə daha ağırdır. İkinci paketdə Rusiya aviaşirkətlərinin ABŞ-a uçuşlarının dayandırılması, Birləşmiş Ştatlardan Rusiyaya ixracın demək olar kəsilməsi, Rusiya maliyyə qurumlarına və aparıcı banklara qadağaların qoyulması və diplomatik münasibətlərin minimuma endirilməsi nəzərdə tutulur.

PİA.az-ın əməkdaşı ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının iqtisadi-siyasi təsirləri ilə bağlı keçmiş maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifovun fikirlərini öyrənib.

Fikrət Yusifov: “ABŞ-n Rusiyaya bəlli münasibəti mövcuddur və onun dəyişməsi ancaq Rusiya tərəfin “ipə-sapa” yatmasından sonra mümkün ola bilər”.

Yeni sanksiyaları PİA.az-a şərh edən sabiq maliyyə naziri hesab edir ki, bu sanksiyalardan Rusiya iqtisadiyyatı ciddi itkilərə məruz qalacaq. Xüsusən maliyyə qurumlarına tətbiq olunacaq sanksiyalar Rusiya üçün problemə çevrilə bilər. Lakin buna baxmayaraq, Fikrət Yusifov Rusiyanın geri addım atacağını düşünmür. Çünki bu Rusiyadakı mövcud hakimiyyətin xarakterinə ziddir.

ABŞ-ın Rusiyaya olan münasibətinə diqqət çəkən iqtisadçı hesab edir ki, Trampın Rusiya prezidenti ilə danışıqlarda özünü necə aparmasından asılı olmayaraq ABŞ-n Rusiyaya bəlli münasibəti mövcuddur və onun dəyişməsi ancaq Rusiya tərəfin “ipə-sapa” yatmasından sonra mümkün ola bilər:

“Birləşmiş Ştatların Rusiyaya qarşı indiyə qədər olduğundan daha sərt sanksiyalara əl atacağı gözlənilən idi. Prezidentlərin Helsinki görüşündən sonra Rusiyanın hakimiyyət dairələrində bir eyforiya yaranmışdı. Bu görüşdən məmunluq o səviyyəyə çatmışdı ki, ruslar az qala Trampı Rusiyanın dostu elan etmək istəyirdilər. Ancaq ABŞ dövlət idarəşçiliyinin yazılmamış başqa qaydaları var. Son hadisələr də göstərdi ki, bu həqiqətən də belədir.

Trampın Rusiya prezidenti ilə danışıqlarda özünü necə aparmasından asılı olmayaraq ABŞ-n Rusiyaya bəlli münasibəti mövcuddur və onun dəyişməsi ancaq Rusiya tərəfin “ipə-sapa” yatmasından sonra mümkün ola bilər. Rusiya isə hələlik geriyə bir addım belə atmağı düşünmür.

Fikrət Yusifov: “Hadisələrin gedişi ABŞ rəhbərliyini qane etməsə, Rusiyaya qarşı daha sərt addımlar atıla bilər”.

Bu səbəbdən də Birləşmiş Ştatlar admnistrasiyası yeni - daha sərt sanksiyalara əl atdı. Bu sanksiyaların birinci mərhəlləsi bir o qədər ağır olmasa da 90 gündən sonra tətbiq olunması nəzərdə tutulan sanksiyalar Rusiya üçün çox ağır nəticələrə gətirib çıxara bilər. İkinci mərhəllədə tətbiq edəcək sanksiyalar paketində Rusiyanın maliyyə sisteminə aid addımların atılması da nəzərdə tutulub. Bu isə Rusiyanın makiyyə sisteminin iflasına yol aça bilər.

Bundan başqa sanksiyaların ikinci mərhəlləsi diplomatik əlaqələrin və ticarət əlaqələrinin dayandırılmasını nəzərdə tutur. Heç şübhəsiz ki, ABŞ administrasiyası bununla da Rusiya ilə münasibətlərə birdəfəlik aydınlıq gətirmək istəyir.

Sanksiyaların Rusiyadan ABŞ-a avioreyslərin dayandırılmasını nəzərdə tutan ikinci mərhəlləsindən sonra nələr baş verəcək? Rusiya geriyə çəkiləcəkmi? Bütün bu suallar düşündürücüdür.

Mən Rusiyanın geri çəkiləcəyinə inanmıram. Belə addım atmaq Rusiya hökumətinin xarakterinə uyğun gəlmir. Ancaq Rusiya iqtisadiyyatı bu sanksiyalardan ciddi itkilərə məruz qalacaq. Unutmayaq ki, sanksiyaların ikinci mərhəlləsi də hələ son demək deyil. Hadisələrin gedişi ABŞ rəhbərliyini qane etməsə, Rusiyaya qarşı daha sərt addımlar atıla bilər”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar