Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran sanksiyalara az qalmış alman bankından 3.2 ton avro çıxarmaq istədi

ABŞ-ın İrana qarşı təkrar sanksiyalarının qüvvəyə minməsinə bir neçə saat qalmış bu ölkənin hökuməti Almaniyanın “Bundesbank”ından 300 milyon avro nəğd pul çıxarmaq və təyyarə ilə Tehrana aparmaq istəyib

Lakin ABŞ-ın işə qarışmasından sonra bu əməliyyatın qarşısı alınıb.

Virtualaz.org Avropa mənbələrinə istinadən xəbər verir ki, sanksiyaların qüvvəyə minməsi ərəfəsində İran hökuməti “Bundesbank”a müraciət edərək ona məxsus olan 300 milyon avronu (100 avroluq kupyurlarla 3.2 ton ağırlığında) nəğd şəkildə çıxarmaq və təyyarəyə yükləyərək aparmaq istədiyini çatdırıb. Əvvəlcə “Bundesbank” pulları verməyə razılaşıb, lakin ABŞ-ın işə qarışmasından sonra şərti dəyişib.

“Biz alman hökumətindəki tərəfdaşlarımza minnətdarıq ki, onlar İranın destruktiv hərəkətinin qarşısını almağın zəruriliyini təsdiq ediblər. “Bundesbank”ın əməkdaşlıq şərtlərini sərtləşdirməsi nəticəsində nəğd pulların təyyarə ilə Berlindən Tehrana aparılmasının qarşısı alınıb”-ABŞ-ın Almaniyadakı səfirliyinin bəyanatında belə deyilir.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp İrana qarşı təkrar sanksiyaların avqustun 7-dən etibarən qüvvəyə minməsi barədə fərman imzalayıb. Fərmana əsasən İranın dollar bazarına çıxışı dayandırılır, beynəlxalq maliyyə əməliyyatları aparması məhdudlaşdırılır, habelə qızıl, gümüş və digər qiymətli metallarla ticarət aparmasına qadağa qoyulur. Hətta İran xalçalarının ticarətinə də embarqo qoyulub. Bu qadağalar İranda milli valyutanın-rialın dollarla müqayisədə kəskin dəyərdən düşdüyü , ölkədə valyuta qıtlığının və kəskin inflyasiyanın tüğyan etdiyi bir vaxtda qüvvəyə minir.

Məlumata görə həmin 300 milyon avroluq hesab “Eihbank” adlı Avropa-İran dövlət bankında olub. Lakin pulları ancaq “Bundesbank”dan çıxarmaq mümkün idi. Bank isə son anda şərt qoyub ki, pulların çıxarılmasına ancaq bir şərtlə icazə verə bilər-İran tərəfi pulların hansı məqsədlərlə xərclənəcəyinə dair izahat verməlidir. Əgər izahat yetərli olmasa bank pulların çıxarılmasına icazə verməyəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay