Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml bu müharibəyə də girəcək?

Yəmən "müstəqilliyini" əldə edəndən sonra imperialist güvvələrin döyüş meydanına çevrilib

Bu sözləri Axar.az-a İranın və Bəşər Əsədin müttəfiqi olan husilərin Vladimir Putinə rəsmi məktub göndərməsinə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, məktubda Putindən Yəməndə gedən vətəndaş müharibəsinə müdaxilə edilməsini və bununla da "sülhə" nail olunmasını xahiş edirlər:

"Yəmən Osmanlının ən çiçəklənən əyalətlərindən sayılırdı. Bu ölkə çox strateji bir ərazidə yerləşir. Yəmən Qırmızı dənizdən Hind okeanına çıxışa malikdir. Rusiya üçün də Yəmən "doğmadır". Ötən əsrin ikinci yarısından SSRİ də Yəmən uğrunda savaşa başlayıb. Yəmən şimal və cənuba bölünəndə SSRİ hər ikisinə dəstək vermişdi. Adendə rusların hərbi bazası olub. Yəni maddi maraqlarına görə Putin Yəmən avantürasına qoşula bilər".

Politoloq qeyd edib ki, hazırda husilərin nəzarət etdiyi və onlar üçün çox böyük əhəmiyyət daşıyan, bütün yardımları aldıqları Xodeyda uğrunda ölüm-dirim savaşı gedir:

"Üç il Səudiyyə Ərəbistanı-BƏƏ koalisiyasının hücumlarını uğurla dəf edən və hətta hərdən Səudiyyə ərazisinə raket zərbələri endirən husilər məğlubiyyət astanasındadırlar. Xodeydanın aeroportu artıq koalisiya ordusunun əlindədir. Hazırda Xodeydada küçə döyüşləri gedir. Xodeyda təslim olsa, böyük ölçüdə Yəmən müharibəsinin taleyi həll ediləcək".

Politoloq vurğulayıb ki, husiləri, ələvilər kimi, Putin xilas edə bilər:

"Rusiya buna gedəcəkmi, bu supergücün eyni vaxtda həm siyasi, həm iqtisadi, həm də hərbi gücü bir neçə cəbhədə (Ukrayna, Suriya, Yəmən) vuruşmağa yetəcəkmi?! Mən düşünürəm ki, yetməyəcək. Rusiyada ildən-ilə narazılıq artmaqdadır. Hələlik Krım, Olimpiada, DÇ ilə Putin bu narazılığın qarşısını alır. Amma ortaya sual çıxır: nə vaxta qədər?!"

Politoloqun sözlərinə görə, Suriyadan fərqli olaraq, Yəməndə savaş tərəfləri bir-biri ilə barışığa daha tez gələ bilər:

"Çünki Yəmən husiləri, Suriya ələvilərindən fərqli olaraq, İrana həm ideoloji, həm siyasi, həm də maliyyə baxımından daha az bağlıdırlar. Koalisiya qüvvələri husilərin Yəməndə məhv edilməsini istəmir və bunu dəfələrlə bəyan ediblər. Səudiyyə Ərəbistanı-BƏƏ alyansı Yəməndə hakimiyyətin BMT tərəfindən tanınan Mansur Hadinin rəhbərliyi altında olan leqitim iqtidara qaytarılmasını istəyir. Əvəzində hakimiyyətdə husilərə də (bir neçə nazir portfeli) yer veriləcəyini söz verir. Düşünürəm, Yəmənin 25 faizini təmsil edən husilər üçün də ən optimal variant budur. Əksinə, Rusiya Yəmənə müdaxilə etsə, vəziyyət daha da gərginləşərək və Yaxın Şərqdə ikinci Suriya böhranı yaşanacaq. Bəlkə də yaşanır, sadəcə indi Yəmən müharibəsi Suriya müharibəsinin kölgəsi altında qalıb".

pia.az


Etiket: Yəmən Purin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

Rafiq Quliyev Eldar Əzizovun xəbərdarlığından nəticə çıxarmır - Xətaidə COP29 adı altında səkilər zəbt edilir - Fotolar

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay