Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada azərbaycanlılar erməni nazirə qarşı aksiya keçirdi - Foto

Ukraynada yaşayan azərbaycanlıların bu gün Kiyevdə Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında keçirdikləri etiraz aksiyası başa çatıb


Onlar son vaxtlar Ukraynada azərbaycanlılara qarşı cinayətlərin artmasına, xüsusilə adam oğurluğu hallarına DİN tərəfindən lazımi reaksiya verilməməsinə, tədbirlər görülməməsinə etirazlarını bildiriblər.

Mitinq iştirakçılarının APA-ya verdiyi məlumata görə, sonda aksiyanın qətnaməsi qəbul olunub.

Qətnamədə bildirilib ki, Arsen Avakovun daxili işlər naziri təyin olunmasından ötən 2 il müddətində 20-dən çox azərbaycanlı iş adamı və iş adamlarının övladları oğurlanıb, tanınmış azərbaycanlılara qarşı sui-qəsd halları artıb, bu cinayətlərin üstünün açılması təmin edilməyib.

Bildirilib ki, bununla bağlı Ukraynadakı Azərbaycan diasporu ölkə prezidentinə və Daxili İşlər Nazirliyinə 30-dan çox müraciət etsə də, nəticə olmayıb: “Bu hal davam edərsə və azərbaycanlılara qarşı baş verən bu halların qarşısı alınmasa, bütün ölkə üzrə azərbaycanlıların oturaq aksiyası təşkil olunacaq”.

Daha sonra Ukrayna daxili işlər nazirinin müşaviri İvan Stoyka aksiya iştirakçıları adından Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevi və Konqresin Ali Məclis sədri Akif Gülməmmədovu qəbul edib. DİN adından azərbaycanlılara rəsmi təminat verilib ki, təhlükəsizliklərinin təmin oluması üçün lazımı addımlar atılacaq.

İ. Stoyka nazirin adından azərbaycanlılara söz verib ki, bu günlərdə hökumətdə azərbaycanlılarla rəhbərliyin görüşü təşkil ediləcək, yaranmış narahatlığa son qoyulması üçün tədbilər görüləcək. Aksiyanın qətnaməsi DİN-ə də təqdim olunub. Aksiyadan sonra azərbaycanlı gənclər oğurlanan həmyaşıdlarına dəstək olaraq A. Avakovu tənqid edən "fləşmob" keçiriblər.




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar