Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nodar Şaşıqoğlu – 89


O, Azərbaycan və Rusiyanın xalq artisti adına layiq görülüb


Bu gün məşhur aktyor, “Uzaq sahillərdə” filmindən oynadığı Mixaylo rolu ilə milyonların sevimlisinə çevrilmiş Nodar Şaşıqoğlunun doğum günüdür.

Oxu.Az xəbər verir ki, Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib.

Babası Acarıstanda tanınmış zadəganlardan olub.

Atası isə çar zabiti olub. Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub.

Nodar Şaşıqoğlu Tiflisdə Şukin adına Teatr İnstitutunu bitirib. Bir il Vaxtanqov adına teatrda, 5-6 il Taqanka Teatrında çalışıb.

İlk rolu “Mosfilm”də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Orada  türk imperiyasının əsasını qoyan Mehmet bəy Fateh obrazını yaradıb. Sonra Sergey Paracanovun ilk rejissor işi olan “Andrieş” filmində baş rolu oynayıb. Bu filmdən sonra “Odessa” kinostudiyasında çalışıb.

Yenidən teatra qayıtmağı  onu kinoya daha sıx bağladı. Bir gün onun məşqlərinə rejissor Atamalıbəyov (O, “Uzaq sahillərdə” filminin ikinci rejissoru olub) gəlir. Mehdi Hüseynzadə roluna aktyor axtarır. Təsadüfən Nodar Şaşıqoğlunun oynadığı tamaşaya baxır. Atamalıbəyov ona deyir ki, elə bizə sən lazımsan:

“Sınaq çəkilişinə gəlin, Tofiq Tağızadə sizinlə söhbət edər”.

“Uzaq sahillərdə” filmindən sonra dalbadal “Əsl dost”, “Mateo Falkone”, “Onun böyük ürəyi”, “Bizim küçə”, “Leyli və Məcnun” filmlərinə çəkilib.

AzərbaycanRusiyanın xalq artisti adına layiq görülüb.

12 aprel 2013-cü ildə Bakıda vəfat edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayden İsrailin HƏMAS-a etdiyi təklifinin təfərrüatlarını açıqlayıb

Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb

Slovakiya XİN: Fitso vəzifəsinin başına bir neçə aydan sonra qayıda biləcək

Hakan Fidan və Entoni Blinken arasında telefon danışığı baş tutub

Yayda dəriyə qulluq necə olmalıdır? – Dermatoloq məsləhəti

Ən çox oxunanalar