Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahudan həbsxanalara göstəriş: “Minlərlə yer hazırlayın…”

İsrailin Baş naziri Benyamin Netanyahu nazirliklərə həbsxanalarda minlərlə məhbus üçün yer hazırlamalarını əmr edib...

O bu barədə müdafiə, daxili təhlükəsizlik və maliyyə nazirliklərinin nümayəndələri ilə görüş zamanı deyib.

Görüş əsnasında İsrail Müdafiə Qüvvələri və İsrail Təhlükəsizlik Xidməti 2024-cü ildə minlərlə terrorçunun həbs olunacağına dair qiymətləndirmələr təqdim ediblər. Bu qiymətləndirmələrə əsasən, həbslərlə bağlı hazırlıq görülməsə, həbsxanalarda yer çatışmazlığı yarana bilər.

Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə başlayandan bəri terrorda şübhəli bilinən 4000-ə yaxın insan həbs edilib. 

İsrail həbsxana xidməti gözlənilən artımla bağlı həm qısa, həm də ortamüddətli planlar təqdim edib və Netanyahu bu planları təsdiqləyib.

Qeyd edək ki, ötən həftə İsrail Müdafiə Qüvvələri və İsrail Təhlükəsizlik Xidməti inzibati həbsdə saxlanılan 40-a yaxın fələstinlinin sərbəst buraxıldığını və bununla da daha yüksək təhlükə səviyyəsi olan məhbuslara yer açılacağını bəyan edib.

Həmçinin qeyd edilib ki, sərbəst buraxılan şübhəlilərin gələn ay azadlığa çıxarılması planlaşdırılır.( oxu.az)

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Bloqer Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxılıblar

Lənkəranskidən "oğru" adını almaq istəmişdi - Cinayət aləminin liderinə ömürlük cəza

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib “Qarabağ” qoydu

Ən çox oxunanalar